İyunun 28-dən iyulun 1-dək Bakı şəhərində "İpək yolu" II Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) təşkilatçılığı ilə keçiriləcək festivala Azərbaycan musiqiçiləri ilə yanaşı, Türkiyə, Ukrayna, Norveç, Polşa, Hindistan, Cənubi Koreya və digər ölkələrdən iştirakçılar qatılacaq. ABİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, festival çərçivəsində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Cavad Tağızadənin "Xalçanın musiqi sehri" adlı multimedia layihəsinin təqdimatı, Azərbaycan Bəstəkarlar İttifaqında etno-caz konserti, Şirvanşahlar sarayında Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" muğam operasının nümayişi keçiriləcək. Eyni zamanda Stanislav Deya (Polşa) və Nərgiz Əliyarovanın (Azərbaycan) iştirakı ilə Şopen, List və Qara Qarayevin fortepiano əsərlərindən ibarət konsert, Amaan Əli Xanın rəhbərliyi ilə "Sarod" ansamblının (Hindistan), Ukraynanın "Rikoşet" simli kvartetinin, Azərbaycan Dövlət Qədim musiqi alətləri ansamblının - Hindistan, Cənubi Koreya və Norveç ifaçılarının iştirakı ilə konsertlər baş tutacaq.
Bakının ev sahibliyi edəcəyi beynəlxalq festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının Ü. Hacıbəyli adına konsert salonunda pianoçu Stanislav Deyanın ustad dərsləri də planlaşdırılır.
Qeyd edək ki, "İpək Yolu" I Beynəlxalq Musiqi Festivalı ötən il Şəki şəhərində keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



