Əbülfəs Qarayev Gürcüstanın Mədəniyyət və abidələrin mühafizəsi nazirini qəbul edib- FOTOSESSİYA

Əbülfəs Qarayev Gürcüstanın Mədəniyyət və abidələrin mühafizəsi nazirini qəbul edib- FOTOSESSİYA

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Gürcüstanın Mədəniyyət və abidələrin mühafizəsi naziri Nikolas Rurua arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüş zamanı ikitərəfli əməkdaşlıq, mədəni təmasların artırılmasının mümkünlüyü, abidələrin mühafizəsi sahəsində əməkdaşlıq, sərgilərin təşkili kimi məsələləri müzakirə olunub.

Azərbaycan mədəniyyəti və turizmindəki son yeniliklərlə bağlı gürcüstanlı nazirə məlumat verən Ə. Qarayev Gürcüstanla qarşılıqlı mədəni layihələrdən razılığını dilə gətirib.

N. Rurua isə Azərbaycanda olmasından məmnunluğunu dilə gətirib və bu görüşün böyük əhəmiyyət kəsb etdiyini deyib: "Biz hər zaman Azərbaycanla hər sahədə əməkdaşlığa hazırıq və bundan məmnunuq. Bu səfərimin də mədəniyyət sahəsində daha yüksək əlaqələrin qurulmasına zəmin yaradacağına inanıram. Azərbaycan mədəniyyət və incəsənət ustalarını Gürcüstanda görməyə həmişə şadıq. Sizlər bizim hər zaman arzuolunan qonaqlarımız sırasındasınız".

Qeyd edək ki, iyunun 21-də də davam edəcək səfər çərçivəsində N. Ruruanın ölkə rəhbərliyi ilə görüşü, İçərişəhər Dövlət Qoruğuna baxış keçirməyi, İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi və Qala Arxeoloji-Etnoqrafik muzey kompleksini ziyarət etməyi planlaşdırılır.

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə