\" Zone Reality \"düşərgəsinin qalibinə noutbuk veriləcək- FOTO

\" Zone Reality \"düşərgəsinin qalibinə noutbuk veriləcək- FOTO

Yenidən \"Zone Reality\" layihəsi ilə gənclərin qarşısına çıxan "Flame production" (25-31) iyul "Zone Reality 2" və (1-7) sentyabr tarixlərində "Zone Reality 3" düşərgələri keçirəcək.

"ZoneReality" layihəsinin rəhbəri G. Mustafayevanın SİA-ya verdiyi məlumata görə, 18-35 yaşlı hər kəs düşərgədə ola bilər: "Layihənin əsas məqsədi fiziki və zehni cəhətdən bilik və bacarıqları inkişaf etdirməklə yanaşı, iştirakçılara əyləncə dolu anlar yaşatmaqdır. Layihə ərzində dünyaca məşhur olan Survivor, Fearfactor, Wipeout və digər reality proqramlarının ən maraqlı oyunları, eyni zamanda "Brainring", "Kim? Harada? Necə?" kimi intellektual oyunlar keçiriləcək. Bu da gənclər arasında həm fiziki, həm də məntiqi təfəkkürü inkişaf etdirəcək".

Hər günün sonunda yaşanmış həyəcan dolu dəqiqələr və maraqlı anlar Zone Reality saytında layihə bitdikdən sonra yayımlanacaq.

Layihənin rəhbəri onu da vurğulayıb ki, oyunlarda xüsusi fərqlənib ən çox bal toplamış iştirakçıya və qalib komandaya sponsorlar tərəfindən qiymətli hədiyyələrlə yanaşı qalibə \"DNS Computers\"dən noutbuk hədiyyə veriləcək: "Hal-hazırda sponsorlarla danışıqlar gedir, çox güman ki, iştirakçılar üçün illik endirimlər əldə edəcəyik".

Eyni zamanda \"Zone Reality\" düşərgəsinə qatılmaq istəyən iştirakçıların 30% iştirak etmə haqqı \"DNS Computers\" tərəfindən qarşılanacaq. İştirakçılar sadəcə 70% ödəniş aparmaqla layihənin iştirakçıları ola bilərlər. Xatırladaq ki, ötən il \"DNS Computers\" iştirak haqqının 50%-ni qarşılayıb.

Layihə rəhbəri G. Mustafayeva bildirib ki, layihədə iştirak üçün ərizə qəbulu başlayıb: "Layihə üçün ərizə qəbulunun son tarixi 20 iyuldur. \"Zone Reality 3\" layihəsinin son ərizə ilə müraciət tarixi 25 avqustdur. İştirakçılar ərizəni Bizim ofisə (CaspianPlaza 3, 11 mərtəbə) gələrək doldura bilərlər. Onu da qeyd edim ki, 25 iyundan etibarən ofisimizdə layihənin təqdimat günü keçirləcək. Hər kəs təqdimata qatila bilər. Təqdimatlar ödənişsizdir".

İştirakçılar IV mərhələdən sonra düşərgəyə qəbul olunacaqlar.

ZoneReality 2/3 düşərgəsində iştirak etmə mərhələləri:

I.Mərhələ: İştirakçı ərizə forması ilə müraciət etməlidir,

II.Mərhələ: Həkim müayinəsindən keçməlidir

III.Mərhələ: Müsahibədən (layihə rəhbəri və idarə heyəti) keçməlidir,

IV Mərhələ: Ödəniş aparmalıdır (70%)

Əlavə məlumat üçün: www.zonereality.biz, www.sia.az saytlarına daxil olmaqla və ya (070) 990- 70- 97 nörmərəsini yığaraq bizimlə əlaqə yarada bilərsiniz.

Qeyd edək ki, layihənin informasiya dəstəyi yalnız Səs İnformasiya Agentliyinə məxsusdur.

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə