İsa Məlikov “Suncane Skale” festivalı üçün mahnı bəstələyib

İsa Məlikov “Suncane Skale” festivalı üçün mahnı bəstələyib

Azərbaycanın tanınmış bəstəkarı və produsseri İsa Məlikov Çernoqoriyada təşkil olunan "Suncane Skale" festivalı üçün mahnı bəstələyib. SİA-nın \"Eurovision\" mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi fan klubu olan Ogae.az saytına istinadən veridiyi məlumata görə, onun "Power: Positive" mahnısı Glenys Vargas və Kevin Ettiene ifa edəcəklər.

Festivalda ümumi 22 ifaçı yarışacaq. Glenys Vargas əslən amerikalıdır, 2010-cu ildə "Eurovision" mahnı müsabiqəsində Albaniyanı təmsil edən Juliana Pashanın bek-vokalçısı idi. Kevin Ettiene isə İngiltərəlidir. Hal-hazırda cütlük Romada yaşayır. Müğənniləri səhnədə bu il Makedoniyanı təmsil edən rəqqaslar da müşayiət edəcəklər: Jana Andrejevic, Martina Srbinoska, Dardan Selmani, Ljupcho Atanasov, Marko Pesic və Ivan Angelkovski. Festival finalı iyulun 5-i keçiriləcək.

Qeyd edək ki, İsa Məlikov "Eurovision-2011" mahnı müsabiqəsinin qalibi olan Nigar Camalın produsseridir.

Bütün xəbərlər Facebook səhifəmizdə