David Qilmourun gitarası hərracda 14,6 milyon dollara satılıb...

Alət hərrac başladıqdan 21 dəqiqə sonra satılıb...

...Britaniya rok qrupu Pink Floyd-un solistlərindən biri olan Devid Qilmora məxsus gitara hərracda 14,6 milyon dollara satılıb.

SİA xəbər verir ki, Rolling Stone-un məlumatına görə, bu barədə Christie's hərrac evi məlumat verib.

Fender Stratocaster gitarası hərrac başladıqdan 21 dəqiqə sonra satılıb.

Alıcının adı açıqlanmayıb.

Musiqiçi bu gitaranı 1970-ci ildən 1983-cü ilə qədər qrupun bütün albomlarında, o cümlədən "Dark Side of the Moon", "Wish You Were Here", "Animals" və "The Wall" albomlarında ifa edib.

Mütəxəssislər gitaranın 2-3 milyon dollara satılacağını gözləyirdilər.

Əvvəlki rekord 2020-ci ildə 6 milyon dollara satılan Nirvana qrupunun solisti Kurt Kobainin gitarası ilə müəyyən edilmişdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə