...Aktyor Entoni Hopkins həyatında əhəmiyyətli bir mərhələni yaşayıb: 50 ildir ki, spirtli içkilərdən tamamilə imtina edir. Yeni il ərəfəsində aktyor ənənəvi video mesajını yazaraq özünü ölümün astanasında tapdığı və davam edə bilməyəcəyini anladığı anı xatırlayıb.
Hopkinsin sözlərinə görə, düz yarım əsr əvvəl o, ağır sərxoş vəziyyətdə sükan arxasına keçib və həyatını məhv etdiyini anlayıb.
SİA-nın əldə etdiyi məlumata gör, məhz bu epizod onun üçün geri dönüş nöqtəsi olub.
...Hamını daha bir il yaşadığım üçün təbrik edirəm. Mənim problemim çox əylənməyim idi - çünki düz əlli il əvvəl az qala öləcəkdim, - deyə Hopkins etiraf edib.
Aktyor qeyd edib ki, məhz o zaman problemi dərk edərək tamamilə imtina etmək və kömək istəmək qərarına gəlib.
...Həddindən artıq irəli getdiyimi başa düşdüm. Bu, alkoqolizm idi. Ona görə də əgər aranızda oxşar problem varsa - əgər özünüzü həddindən artıq hiss edirsinizsə - bu barədə düşünün.
Çünki həyat daha yaxşı ola bilər, - deyə aktyor bildirib. Hopkins əlavə edib ki, yaxın günlərdə 88 yaşı tamam olacaq və yaşadığı hər il üçün səmimi qəlbdən minnətdar olduğunu etiraf edib.
Aktyor əvvəllər ayıqlığın onun həyatında əsas dönüş nöqtəsi olduğunu və "Quzuların səssizliyi" və "Ata" filmlərindəki rollar da daxil olmaqla, əlamətdar bir karyera qurmasına imkan verdiyini vurğulayıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB