“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin növbəti mərhələsi başa çatıb - FOTO

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin növbəti mərhələsi başa çatıb. Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqəyə 88 layihə təqdim olunub. Bu layihələr 41 yerli film istehsalçısı və prodüser şirkəti tərəfindən təqdim edilib. Layihələrin qəbulu iyunun 12-dək davam edib.

Təqdim olunmuş layihələrə Seçim Komissiyası tərəfindən oxunub və müsabiqənin reqlamentində nəzərdə tutulan meyarlar əsasında qiymətləndirilib. Qiymətləndirmə nəticəsində adları qeyd olunan layihələr pitçinq mərhələsinə keçib.

Pitçinq mərhələsinin keçiriləcəyi tarixlər barədə iştirakçılara əlavə məlumat rəsmi şəkildə təqdim olunacaq. Eyni zamanda, müsabiqənin reqlamentinə əsasən tammetrajlı bədii film layihələri üzrə - storibord və tizer, digər layihələr üzrə isə yalnız storibord pitçinq mərhələsindən 3 (üç) iş günü öncəyə qədər Azərbaycan Respublikası Kino Agentliyinə rəsmi e-poçt vasitəsilə təqdim olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə