İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vida mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vida mərasiminə əklil göndəriblər. SİA xəbər verir ki, Xalq artisti ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilir.

Qeyd edək ki, milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilində vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə