"Arif müəllimə sağlığında qiymət verildi" - TANINMIŞ APARICI DANIŞDI

"Yəqin ki, Ağdam səfərimizi xatırlayırsınız. Torpaq sevgisini, muğam sevgisini həmən səfərdə daha yaxından gördüm". Bu sözləri Arif Babayevlə vida mərasimi keçirilən zaman SİA-ya açıqlamasında tanınmış aparıcı Lalə Azərtaş deyib.

Lalə Azərtaşın sözlərinə görə, o torpağı öpdü, yerə atmağa qıymadı. Qaxa getməmişdən əvvəl görüşdük. Səhhətində problem var idi, getmə dedik, Arif müəllim. Dedi- "Yox,Qaxı da görüb, vidalaşmalıyam". Mən ona söz vermişdim ki, Ağdamda ev muzeyi yaradılsa ora da birlikdə gedəcəyik. Təəssüf ki, qismət olmadı. Yaşamalı, yaratmalı adam idi. Ağdam alınanda gəldim, dedim -"Arif müəllim, gözün aydın, ən böyük arzun yerinə yetdi". Dedi "yox, bir arzum da qalıb, Ağdama getmək". Şükür ora da getdik. Arif müəllimə sağlığında qiymət verildi. Birlikdə əyləşəndə Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın ona diqqətindən danışırdı. Xalq onu sevirdi, buna görə hamıya təşəkkür edirəm ki, biz ona sağlığında qiymət verə bildik. Yeri cənnət olsun"!.

Müəllif: Fatimə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə