Xalq artisti Arif Babayevlə vida mərasimi keçirilir - YENİLƏNİR/FOTOLAR
Bu gün görkəmli muğam ifaçısı, Xalq artisti Arif Babayevlə vida mərasimi keçirilir. SİA-nın əməkdaşının verdiyi məlumata görə, hazırda sənətkarla vida üçün onun ailə üzvləri, yaxınları, sənət dostları və çoxsaylı sevənləri Təzəpir məscidinə toplaşıblar.
Mərasimdə mədəniyyət və incəsənət xadimləri, tanınmış ifaçılar, həmçinin ictimaiyyət nümayəndələri iştirak edirlər. Onlar Arif Babayevin Azərbaycan musiqisinə verdiyi misilsiz töhfələrdən danışıb, onun sənət yolunun bir məktəb olduğunu vurğulayıblar. Vida mərasimində tanınmış sənət adamları — Əməkdar artist, xanəndə Cabir Abdullayev, əməkdar artist Aybəniz Həşimova, jurnalist Lalə Azərtaş və digər mədəniyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Arif Babayev Azərbaycan muğam məktəbinin formalaşmasında xüsusi rolu olan sənətkarlardan biri kimi yaddaşlarda qalacaq.
Müəllif: Fatimə Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə