...Aktrisa Uma Turman “Pulp fiction” (“Kriminalnoqo çtiva”) filmini çəkərkən filmin nə qədər ikonik olacağı barədə heç bir fikri olmadığını söyləyib.
SİA-nın məlumatına görə, əfsanəvi rejissor Quentin Tarantinonun 1994-cü ildə çəkilmiş filmi indi şah əsər hesab edilsə və populyar mədəniyyətə böyük təsir göstərsə də, o zaman kiçik müstəqil layihə kimi qəbul edilirdi.
...Filmin xüsusi olduğunu bilirdim - ssenaridən, onun unikallığını başa düşmək olar. Amma nisbətən az büdcəli idi, - aktrisa etiraf edib.
Filmin “Qızıl Palma budağı” qazandığı Kann Film Festivalında premyera zamanı Turman artıq 10 il idi ki, kino sahəsində çalışırdı.
Onun 24 yaşı var idi və cinayətkarın arvadı Mia Uolles rolu ona ən yaxşı köməkçi aktrisa “Oskar” nominasiyası qazandırdı.
Eyni zamanda, Turman filmin təxribatçı məzmununa görə onunla razılaşıb-razılaşmamaqdan əmin olmadığını etiraf edib.
Aktrisa qızı, "Stranger Things"in ulduzu Maya Houk haqqında da danışıb.
Turman deyib ki, …o, nə etdiyini bilir. Juilliard məktəbində oxuyub. Mən başa düşdüm ki, analıqda əsas şey orada olmaq və məsləhət vermək deyil. Onsuz da heç kim ona qulaq asmır”.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə