Sentyabrın 3-dən 7-dək Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə Bakıda, Nizami Kino Mərkəzində 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
SİA-nın məlumatına görə, Assosiasiyadan bildirilib ki, bu il festivala 62 ölkədən 317 film daxil olub. Seçim komissiyası bütün filmləri dəyərləndirərək, müsabiqə şərtlərinə uyğun gələn 20 ölkədən 39 filmin müsabiqədə iştirak etməsini məqbul sayıb. Onlardan 10 film yerli, 29 film isə beynəlxalq kateqoriyalarda yarışacaqlar.
Festivalın seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib. Müsabiqədə iştirak etməsi üçün seçilmiş filmlər beynəlxalq münsiflər heyəti və tamaşaçılar tərəfindən qiymətləndiriləcək və qaliblər festivalın bağlanış mərasimində elan olunacaq.
Münsiflər heyətinin üzvlərinin adı yaxın zamanda açıqlanacaq.
Qaliblər üçün müxtəlif nominasiyalarda mükafatlar nəzərdə tutulub.
Qeyd edək ki, avqustda ayında 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının proqramı və bilet satışı haqqında məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə