Qəbələ musiqi festivalı çərçivəsində Rauf Atakişiyev və Vasif Adıgözəlovun yubileyləri qeyd olunacaq
XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Xalq Artisti Rauf Atakişiyevin 100 illiyi və bəstəkar Vasif Adıgözəlovun 90 illiyi xüsusi konsert proqramları ilə qeyd olunacaq. SİA Mədəniyyət Nazirliyinə istinadən verdiyi xəbərə əsasən, 24-29 iyul tarixlərində keçiriləcək festivalda Azərbaycan, Latın Amerikası, Litva və Gürcüstandan tanınmış ifaçılar çıxış edəcəklər.
Nazirliyin məlumatında qeyd olunub ki, 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması, eyni zamanda Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin 140 illik yubileyi builki festivalın mənəvi və tarixi əhəmiyyətini daha da artırır.
Bütün xəbərlər Facebook səhifəmizdə