Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə yeni müdir təyin olunub

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə yeni müdir təyinatı olub. SİA-nın əldə etdiyi məlumata görə, bu posta Vasif Qurbanzadə təyin edilib.

Mədəniyyət Nazirliyindən “Report”a təyinat xəbərini təsdiqləyiblər: “Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb”.

Qeyd edək ki, Vasif Qurbanzadə bu vəzifədə Akif Maariflini əvəzləyib. O bundan öncə Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional İdarəsində rəis kimi çalışıb.

A.Maarifli isə bir müddət öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbər təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə