Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə yeni müdir təyinatı olub. SİA-nın əldə etdiyi məlumata görə, bu posta Vasif Qurbanzadə təyin edilib.
Mədəniyyət Nazirliyindən SİA-ya təyinat xəbərini təsdiqləyiblər: “Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb”.
Qeyd edək ki, Vasif Qurbanzadə bu vəzifədə Akif Maariflini əvəzləyib. O bundan öncə Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional İdarəsində rəis kimi çalışıb.
A.Maarifli isə bir müddət öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbər təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB