Bir film üzrə təqvim ili ərzində qismən geri ödənilə biləcək məbləğin maksimum həddi müəyyənləşib

Bir film üzrə təqvim ili ərzində qismən geri ödənilə biləcək məbləğin maksimum həddi müəyyənləşib . SİA xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarına əsasən, janrından və müddətindən asılı olmayaraq, bir film üzrə təqvim ili ərzində qismən geri ödənilə biləcək məbləğin maksimum həddi 1 milyon ABŞ dolları təşkil edir.

Qeyd olunub ki, ödəniş ABŞ dollarının Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilən rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində edilir.

Qismən geri ödənilmə ilə bağlı müraciət edən şəxs xarici filmlər üçün - filmin xarici istehsalçısının Azərbaycanda əməkdaşlıq etdiyi, Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxs və ya xarici film istehsalı xidməti göstərən hüquqi şəxslərin Azərbaycanda qeydiyyatdan keçmiş filialları, birgə istehsal filmləri üçün isə – filmin yerli birgə istehsalçısı olmalıdır.

Barəsində qismən geri ödənilmə üçün müraciət edilən film Azərbaycan qanunvericiliyinə zidd olmamalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə