"Supermen"ın rejissoru: Bu mühacir hekayəsidir

Ceyms Qann hesab edir ki, dünyanın daha çox xeyirxahlığa ehtiyacı var...

...Rejissor Ceyms Qann deyir ki, onun iyulun 11-də açılışı olacaq yeni filmi "Supermen" mühüm siyasi və mənəvi mesaja malikdir. Rejissora görə, filmin əsas mövzusu cəmiyyətin itirdiyi xeyirxahlığı, humanizmi və əxlaqi prinsipləri simvolizə edən mühacir kimi Supermenin fiquru olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Variety yazır.

…Bəli, film siyasətdən bəhs edir. Amma ilk növbədə, insanlıq haqqında. Əsas mehribanlığın dəyərini necə itirdiyimizdən. Təbii ki, bunu düşmənçiliklə qarşılayanlar olacaq, çünki onlar sadəcə olaraq mehriban deyillər.

Qann onu da qeyd edib ki, film Supermen və Lois Leyn arasındakı münasibətlər vasitəsilə mənəvi konfliktləri araşdırır.

Baş qəhrəman "heç bir şəraitdə öldürmək olmaz" inancına sadiq qalır, Lois isə tarazlıq axtarır.

Bu fikir ayrılığı onların münasibətlərində gərginlik mənbəyinə çevrilir. Film təkcə superqəhrəman blokbasteri deyil, həm də müasir dilemmalar: immiqrasiya, ədalət və insan etikası haqqında fəlsəfi əsər olacağını vəd edir.

...Bu, hətta sadə xeyirxahlığın müasir dünyada necə radikal bir ifadə kimi qəbul oluna biləcəyinə dair bir filmdir.

Bunu da Qann vurğulayır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə