Anna Vintur “Vogue” jurnalının baş redaktoru vəzifəsini tərk edəcək...
75 yaşlı jurnalist 37 illik fəaliyyətdən sonra artıq özünə yeni lider axtarışındadır...
Amerikanın “Vogue” qadın moda jurnalının baş redaktoru Anna Vintur 37 illik fəaliyyətdən sonra vəzifəsini tərk edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Fashion Week Daily” xəbər verir.
75 yaşlı jurnalist qərarını əməkdaşlarına bildirib.
O, American Vogue -da redaksiya məzmununa yeni rəhbər axtaracaq.
Bununla belə o, Conde Nast-ın qlobal baş məzmun direktoru və “Vogue”-un qlobal redaktor direktoru vəzifəsini qoruyacaq.
Xatırladaq ki, Vintur ABŞ-da “Vogue” jurnalını ələ keçirməzdən əvvəl 1985-1987-ci illərdə Britaniyanın “Vogue” jurnalının baş redaktoru olub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə