Şah İsmayıl Xətaiyə həsr olunmuş konsert proqramı təşkil edilib - YENİLƏNİR - FOTOLAR

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Ələvi-Bəktaşi Mədəniyyət və Cəm Evi İdarəsi, Baş İncəsənət İdarəsi və Yunus Əmrə İnstitutunun birgə əməkdaşlığı ilə iyunun 24-də Şah İsmayıl Xətai – “Özün əyri isə yola zərərsən” adlı konsert proqramı təşkil olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, konsert proqramında Şah İsmayıl Xətainin şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib.

Qeyd edək ki, Şah İsmayıl Xətainin şeirlərinə bir çox bəstəkarlar tərəfindən musiqi bəstələnib. Onun şeirləri xalq mahnılarından tutmuş, müasir klassik musiqiyə qədər geniş bir janr spektrində ifa olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə