Sabir Şahtaxtının hekayəsi “Kardeş kalemler”də

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının İctimai elmlər kafedrasının müdiri v.m.i.e, siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist, müstəqil jurnalist Sabir Şahtaxtının (Hacıyev) “Xilaskar pişik” hekayəsi Türkiyədə fəaliyyət göstərən “Kardeş kalemler” ədəbi-bədii jurnalında nəşr olunub.

Bundan əvvəl Azərbaycanın “ədəbiyyat” qəzetində çap olunan hekayəni Türkiyə türkcəsinə Mədinə Çətin uyğunlaşıdrıb.

Avrasiya Yazarlar Birliyinin mətbu orqanlarından ən qocamanı sayılan “Kardeş kalemler” jurnalı bütün türk dünyasında yayımlanır.

Xatırladaq ki, AYB-nin nəşrlərini çap edən Bengü Yayınları indiyədək 542 kitaba həyat vermişdir. Birliyinin ötən dövrdə Azərbaycanla bağlı nəşr etdiyi 60 kitabın 10 faizi, say hesabnında 6 ədədi Sabir Şahtaxtının əsərləridir. “Azadlıq nəğməsi”, Nisgil, “Yosun ətri” və “Mil” məhz Avrasiya Yazarlar Birliyinin qurucu başqanı, yazıçı-publisist, araşdırmaçı mərhum Yaqub Öməroğlu tərəfindən şəxsən oxuyub dəyərləndirilərək Bengü Yayınları tərəfindən işıq üzü görən, ana xəttində dünya siyasətinin mühüm qlobal məqamlarını özlərində əks etdirən məhəbbət dastanlarıdır.

Mədinə Çətin yazıçının “Nisgil” siyasi-tarixi romanına dissertasiya yazmış və Qars Qafqaz Universitetində müdafiə etmişdir.

Vəli Vəlili

Bütün xəbərlər Facebook səhifəmizdə