Füzuli Dövlət Dram Teatrı 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şarl Perronun "Çəkməli Pişik" tamaşası ilə Beyləqan, Saatlı, İmişli rayonunda qastrol səfərində olub.
SİA xəbər verir ki, Dram Teatrından verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, səhnələşdirən Murad Mirzəzadə, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır. Səhnə əsərinin əsas ideyası heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaqdır.
Tamaşada rolları Anar Buludov, Emin Abışov, Sahilə Abbasova, Şəbnəm Baxışova, Vüqar İsmayılov, Vüsal Həsənov, Püstə Əhmədova, Rahibə Baxşəliyeva, Günay Çobanzadə, Qəlbinur Əhmədli ifa ediblər.
Tamaşa uşaqlarda xoş əhval-ruhiyyə yaradıb, bayram gününü əyləncəli keçirmələrinə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə