Füzulidə uşaqlar üçün “Qarabağım mənim” adlı festival keçirilib

İyunun 1-də Füzuli şəhərində yerləşən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə işğaldan azad olunmuş ərazilərin məktəbliləri üçün festival keçirilib.

SIA xəbər verir ki, tədbirdə 150-yə yaxın şagird iştirak edib. Festivalın əsas məqsədi uşaqların yaradıcılıq potensialının üzə çıxarılması və onların asudə vaxtlarının səmərəli təşkili olub.

Festival çərçivəsində məktəblilərin musiqili çıxışları nümayiş olunub, müxtəlif əyləncəli və interaktiv proqramlar təşkil edilib. “Sülh bağı” adlı ağacəkmə aksiyasında uşaqlar fəal iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə