Norveçdə azərbaycanlı icma üzvlərinin iştirakı ilə “Əqrəb mövsümü” serialının aktyorları Azər Aydəmir və Rövşən Məmmədli ilə görüş təşkil olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, təxminən 40 nəfərin iştirak etdiyi tədbir FNR Art şirkətinin təşəbbüsü və Norveç-Azərbaycan Gənclər Təşkilatının dəstəyi ilə gerçəkləşib. Tədbirin təşkilatçısı, FNR Art-ın təsisçisi və Norveç üzrə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Fariz Nadir Rzayev bildirib ki, tədbir yerli azərbaycanlıların təşəbbüsü ilə həyata keçirilib.
Görüş zamanı iştirakçılar aktyorlarla sual-cavab formatında ünsiyyət qurub, serialın mövzusu, çəkiliş prosesi və peşəkar fəaliyyətlər haqqında sualları cavablandırıblar.
Tədbirin sonunda isə baş rollarında Azər Aydəmirin yer aldığı “Otel Loo” filmi eksklüziv olaraq nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə