“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı başa çatıb

İsveçrənin Bazel şəhərində keçirilən 69-cu “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı başa çatıb.

SİA xəbər verir ki, ölkəmizi müsabiqədə təmsil edən "Mamagama" qrupu 10-cu nömrə altında iştirak edib. Qrup Avropa səhnəsinə "Run with U" adlı dinamik və enerjili mahnı ilə çıxıb. Mahnının sözləri Asəf Mişiyevə, musiqisi Asəf Mişiyev, Həsən Heydər və Roman Zilianevə aiddir.

Yarımfinalın nəticələrinə əsasən mükafat uğrunda mübarizəni davam etdirəcək 10 finalçı müəyyənləşib. Onlar ikinci yarımfinala vəsiqə qazanıblar.

Yarımfinalın növbəti mərhələsi mayın 15-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə