Ağdam Musiqi kollecinin konserti keçirilib - YENİLƏNİB - FOTOLAR

Mayın 6-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummili Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş Ağdam Musiqi kollecinin konserti keçirilib. SİA xəbər verir ki, tədbir torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin, Ulu Öndər Heydər Əliyevin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat yolunu və siyasi fəaliyyətini göstərən videoçarx nümayiş etdirilib.

Tədbirdə mədəniyyət xadimləri, YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, dövlət rəsmiləri, media nümayəndələri iştirak ediblər.

Konsert proqramı muğam ustası, Azərbaycan Respublikasının əməkdar artisti Firuz Səxavətin ifaları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə