Azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva Böyük Britaniyada keçirilən beynəlxalq musiqi tədbirində uğurla çıxış edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, 2-ci Beynəlxalq Kembric Piano Festivalı çərçivəsində təşkil olunan məşhur professorların ustad dərslərində və konsertlərdə Vüsalə Babayeva da çıxış edərək tamaşaçıların böyük rəğbətini qazanıb.
Festival müxtəlif ölkələrdən gələn tanınmış pianoçuları bir araya gətirir və gənc istedadların musiqi sənətində inkişafına dəstək verməyi hədəfləyir.
Qeyd edək ki, Vüsalə Babayeva bir müddət öncə London Transport Muzeyinin artisti seçilib. O, Londonun ən nüfuzlu ali musiqi məktəblərində təhsil alan və bu layihəyə seçilən 10 gənc musiqiçidən biridir.
Festival aprelin 27-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə