Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşları Ankarada TADİV fondunu ziyarət ediblər - FOTO
Hadi Poyrazoğlu adına IV Beynəlxalq Kukla və Kölgə Teatrları Festivalında iştirak etmək məqsədilə Ankaraya səfər edən Azərbaycan Dövlət Kukla Teatrının bir qrup əməkdaşı Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunda (TADİV) olublar. SİA xəbər verir ki, TADİV-in rəhbəri, Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar teatrın direktoru, Əməkdar artist Rəşad Əhmədzadənin rəhbərlik etdiyi nümayəndə heyətini salamlayıb.
A. Attar Azərbaycan kollektivinin beynəlxalq festivalda iştirak etməsindən qürur duyduğunu bildirib və bu cür tədbirləri xalqlar arasında mədəni yaxınlaşmanı təmin edən “önəmli körpü” adlandırıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının “Cırtdanın Türkiyədə macəraları” adlı tamaşası aprelin 25-də Ankaradakı “CerModern” mərkəzində nümayiş olunacaq. Tamaşaya giriş pulsuzdur.
Bütün xəbərlər Facebook səhifəmizdə