Rəngarəng işıqlarla bəzədilmiş meydan və küçələr, küknar ağacları yeni ilin gəlişindən xəbər verir. SİA xəbər verir ki, Qoşa qala qapısı meydanında və Qız qalası ətrafında təşkil olunan “Sehrli Qala" festivalında qonaqları müxtəlif əyləncəli proqramlar, oyun və musiqi nömrələri, sərgi-satış yarmarkası, həmçinin, hər növ suvenir, əl işləri və digər bayram atributlarının, orqanik məhsulların təqdimatı gözləyir.
Şənliyin kiçik yaşlı qonaqlarına xüsusi zonalar ayrılıb ki, burada onlar üçün xüsusi əyləncəli proqramlar təşkil olunur. Bakının qədim koloritini duymaq və Yeni İli ailəniz, dostlarınız ilə yaddaqalan anlarla qeyd etmək istəyirsinizsə, İçərişəhərdəki “Sehrli Qala”ya baş çəkin.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB