"Azərbaycan mədəniyyəti bütün dünyada tanınır" - DEPUTAT DANIŞDI
“Azərbaycan Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldiyi illərdən, yəni 2003-cü ildən başlayaraq həqiqətən də Azərbaycan mədəniyyəti sahəsində böyük dəyişikliklər baş verib, mədəniyyətimizdə böyük təkamül prosesi gedib. Bu prosesi əsasən üç qrupda birləşdirə bilərik. Birincisi və ən mühümü odur ki, Azərbaycan mədəniyyətinin iqtisadi, maddi təminatı əvvəlki illərlə müqayisə olunmayacaq dərəcədə güclənib. Bu isə o deməkdir ki, bizim müxtəlif sahələr üzrə, yəni musiqi, rəssamlıq, incəsənət, memarlıq, ədəbiyyatımızda həm yaradıcı şəxslərin təmin olunması, həm böyük layihələrin həyata keçirilməsi, həm də Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğ olunması baxımdan mühüm addımlar atılıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.
Onun sözlərinə görə, burada əlbəttə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini ayrıca qeyd etmək lazımdır: “Dünyanın elə bir mədəniyyət mərkəzi olmayıb ki, bu il orada Azərbaycanın adı çəkilməsin.
İkinci mühüm məsələ Ümummilli Lider Heydər Əliyevin zamanında əsası qoyulan Azərbaycan mədəniyyətinin, incəsənətinin, tarixi ənənələrinin öyrənilməsi, bugünün səviyyəsində təqdim olunması, tarixi mədəniyyət abidələrinin bərpa olunmasıdır. Burada da Mehriban xanımın xidmətlərini vurğulamaq lazımdır. Xüsusilə muğam sənəti ilə bağlı arxeoloji abidələrimizin bərpa edilməsi ilə tarixi irsin qorunması, təbliği, bu irsin müasir düşüncə səviyyəsində yenidən təbliğ olunması və Azərbaycan mənəviyyatına təsiri bizim Prezidentimizin fəaliyyəti dövründə əldə olunan uğurdur. Yəni birinci uğur maddi təminat idisə, ikincu uğur isə mədəniyyətin mənəvi təminatıdır. Çünki bunlar fundamentdir, bizim xalqımızın mədəniyyətinin əsaslarıdır. Bunlar elə hadisələrdir ki, bugünkü mədəniyyətimiz onun üzərində inkişaf etməlidir.
Üçüncü məsələ də var ki, bu da müasir mədəniyyətə diqqət edilməsi, müasir mədəni yaradıcılığın maraqlandırılması, gənclərin bu mədəni prosesə qoşulması, yəni mədəniyyətimizin gəncləşməsidir. Mədəniyyətimizin gəncləşməsi prosesi həm milli-mədəniyyətimizin tarixi imkanlarından istifadə etməkdən, həm də dünya mədəniyyətləri ilə kontakt qurulmasından irəli gəlir. Bizim Xan Şuşuniski kimi onlarla klassik muğam ifaçılarımız olub. Hazırda isə bizim gənc və çox yüksək peşəkarlığı olan muğam ifaçılarımız da meydana çıxıb. Bu gün onlar bizim muğam sahəsindəki tarixi naliyyətlərimizi davam etdirirlər. Gənclərimizin bu cür aktiv iştirakı təkcə muğam üzrə deyil, onlar bütün sahələr üzrə də öz iştiraklarını göstərirlər.
Fikirləşirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2003-cü ildən bəri Azərbaycanda mədəniyyətin, incəsənətin inkişafı sahəsində yürürtdüyü siyasət olduqca uğurludur. Bu gün məhz bu siyasət sayəsində Azərbaycan mədəniyyəti bütün dünyada tanınır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB