“Keçən ilin mart ayında Mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə Türkiyəyə baş tutan səfərdə mən də iştirak etdim. Səfər çərçivəsində bir sıra layihələr müzakirə olundu”. SİA xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyinin Muzey, qaleriya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva bildirib.
Onun sözlərinə görə, onlar İstanbulda Topkapı sarayında olublar: “Orada Nizami Gəncəvinin əsərlərinə hazırlanmış miniatürlər var idi. Biz sarayın kitabxanasında da olduq. Bundan sonra da Topkapı sarayı ilə əməkdaşlığımızı davam etdiririk.
Biz rəssamlarımızın da hər zaman Türkiyədə keçirilən layihələrdə iştiraklarını təmin edirik. Sonuncu dəfə Bursada muzey rəhbərlərinin görüşü keçirildi. Bu konfransda qərara alındı ki, növbəti konfrans 2023-cü ildə Şuşada keçiriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB