Azərbaycanda Özbəkistan Kinosu Günləri keçiriləcək

Azərbaycanda Özbəkistan Kinosu Günləri keçiriləcək.

Özbəkistanın Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata görə, dekabrın 7-də saat 18:00-da “Nizami” kinoteatrında Özbəkistan Kinosu Günlərinin açılışı olacaq. Həmin gün tamaşaçılara “Əbədi dostluq və qardaşlıq” filmi nümayiş etdiriləcək.

Bundan əlavə, dekabrın 8-i saat 17:00-da “Maksud Şeyxzoda” filminin, 18:00-da isə “101-ci uçuş” filminin nümayişi gözlənilir.

Dekabrın 9-u saat 14:00-da “Baron 2” filmi, saat 19:00-da isə “Qadın taleyi” filmi göstəriləcək.

Giriş pulsuzdur.

Bütün xəbərlər Facebook səhifəmizdə