Rumıniya mətbuatı "Yanardağ"dan yazıb

Rumıniyanın aparıcı mediaları Azərbaycanın Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan bəhs edib.

SİA-nın əldə etdiyi məlumata görə, yazıda hələ XIII əsrdə dünya şöhrətli səyyah, venesiyalı tədqiqatçı Marko Polonun Yanardağın əsrarəngizliyi haqqında məlumat verdiyi qeyd edilib. Yanardağı görmüş digər səyyahlar da başqa ölkələrə səfər edərkən bu “yanan torpaq” barədə xəbərlər veriblər. Bu səbəbdən Azərbaycan “Odlar Yurdu” kimi məşhurlaşıb. Bildirilib ki, 200-300 il əvvəl burada alovun hündürlüyü 2-4 metrə qədər qalxıb. Bu səbəbdən minilliklər boyu Yanardağ ölkəmizə gələn səyyahları valeh edən məkanlardan biri sayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə