Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib

Xalq artisti, məşhur qarmon ifaçısı Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib, vəziyyəti kritikdir. SİA xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran öz sosial şəbəkə hesabında məlumat verib.

O qeyd edib ki, həkimlər sənətkarın vəziyyətini ağır qiymətləndirirlər: “Sağlamlığı onu yarı yolda qoydu... Təcili şəkildə xəstəxanaya yerləşdirilən sənətkarın vəziyyəti kritikdir. Düzü, mən buna inanmaq istəmirəm. Çünki bilirəm ki, Aftandil İsrafilov həmişə xəstəliyin nə olduğunu bilməyən adam olub. Amma dünya halıdır, biz nədən sığortalanmışıq ki? Həkimlər vəziyyətini ağır qiymətləndirirlər. Xərc çox, ümid az. Kömək etmək istəyənlər üçün qapı açıqdır, təki sənətkar ayağa qalxsın. Təki onu xilas edək. Allah köməyi olsun deyirəm və bir də dua edirəm. Çünki bizim dost itirən vaxtımız deyil”.

Qeyd edək ki, ötən ay A. İsrafilovun əməliyyat olunması barədə məlumat yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə