UNESCO Ahlat daş hörgü sənətini qəbul etdi

Türkiyənin ənənəvi Ahlat daş hörgü sənəti BMT-nin UNESCO Təhsil, Elm və Mədəniyyət Təşkilatının Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Türkiyənin mədəni nemətlərindən biri qeyri-maddi dünya irsi olaraq qorunmaya alınıb.

Ahlat daş hörgü sənəti bu il Mərakeşin paytaxtı Rabatda keçirilən Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitədə 17-ci dəfə qiymətləndirilib və UNESCO-nun Təcili Qorunması Tələb Olunan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Beləliklə, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında Türkiyənin qeydə alınan mədəni nümunələrinin sayı 22-yə çatıb. Bu nümunələr

məddahlıq, mövləvi səma mərasimi, aşıq ənənəsi, Novruz (çoxmillətli), Qaragöz, ənənəvi söhbət toplantıları, Kırkpınar Yağlı Güləş Festivalı, Ələvi-Bektaşi ritualı: səmazən (Semah), mərasim-keşkek ənənəsi, Mesir Macunu Festivalı, Türk qəhvə mədəniyyəti və ənənəsi , ebru sənəti, Türk kağız bəzəmə sənəti, ənənəvi çini sənətkarlığı, incə çörək bişirmə və paylaşma mədəniyyəti (çoxmillətli), Bahar bayramı: Hıdrellez (çoxmillətli), fit dili, Dədə Qorqud mirası: dastan mədəniyyəti, xalq nağılları və musiqisi, ənənəvi türk oxçuluğu, ənənəvi zəka və strategiya oyunu manqala (çoxmillətli), miniatür sənəti (çoxmillətli) və xəttatlıq elementləri

ve s. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahılarına salınıb.

Türkiyə mədəni irs siyahısında ən çox qeydə alınan ilk 4 ölkə arasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə