“Warner Bros” filmlərinin nümayişini Rusiyada qadağan edir

Bu arada ABŞ-ın ən böyük film və televiziya istehsalı konsernilərindən biri olan “Warner Bros” Milli Media Qrupuna daxil olan Rusiya telekanallarına onun filmlərinin yayımını qadağan edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,

“Warner Bros” Rusiya distribyutoru ilə lisenziya müqavilələrinin ən azı bir il yarım hələ də qüvvədə olmasına baxmayaraq, lakin qadağalar qoyub.

Qeyd edək ki, “Warner Bros” dünyanın ən böyük kino şirkətlərindən biridir. Onun ən populyar layihələri arasında Harri Potter səkkiz film, Qodzilla 2: Canavarlar Kralı, Aquame film komiksləri, Wonder Woman, Ədalət Liqası və bir çox başqa filmlər var. Bu filmlər, xüsusən, STS kanalında yüksək reytinq qazannmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə