Azərbaycanın COP29-a ev sahibliyi etməsi müsbət haldır - SABİQ TÜRK DEPUTAT

"Məlumdur ki, COP29 11-22 noyabr Bakıda təşkil olunacaq. Bu il keçiriləcək sözügedən konfrans 29-cu olması səbəbindən COP29 adlandırılır. Konfrans Azərbaycana siyasi, iqtisadi, turizm və s. sahələrdə bir çox töhvələr verəcək". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Ərzurum şəhərindən olan sabiq deputat, professor Mustafa İlıcalı deyib.

Mustafa İlıcalı sözlərinə belə davam edib: "Azərbaycanın BMT-na təqdim etdiyi iqlim planında 2030-cu ilə yüzdə otuz qədər enerji hədəfinə çatma yolunda irəlilədiyini bildirir. Bu da Azərbaycan üçün mühüm bir layihədir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi müsbət haldır. Azərbaycan bizim can dostumuzdur. Biz iki "Bir millət, iki dövlətik". Türkiyənin də bundan böyük məmnuniyyət duyduğu hərkəsə məlumdur.

Turizm baxımından Azərbaycan tarixində ilk dəfə belə böyük proqrama ev sahibliyi edəcək. 70-80 min iştirakçının olacağı bildiirlir ki, bu çox böyük bir rəqəmdir. Nəticədə turizmə də ciddi töhvə verəcək.

İqtisadi baxımdan da bir çox pozitiv nəticələrə şərait yaradacaq. Azərbaycan dövlət gəlirlərinin çoxunu neft və qazdan qazanması səbəbilə, iqtisadi sahədə potensialı daha da artacaq. COP 29-un Azərbaycanın turizm sahəsində tanınmasına geniş imkanlar verəcək. Mən Azərbaycana uğurlar arzu edir və təbrik edirəm".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə