“Azərbaycanda COP29-a hazırlıq ən yüksək formada davam edir. Bu gün Azərbaycan dövləti qlobal səviyyəli, mühüm məsələlərin müzakirə edildiyi və bütün dünyanın maraq göstərdiyi vacib tədbirdə ən yüksək peşəkarlığı nümayiş etdirir. Əlbəttə COP29-a ölkəmizin ev sahibliyi etməsi beynəlxalq təşkilatlar tərəfindən də dəyərləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, beynəlxalq təşkilatlar təkcə COP29 dövrünü, ev sahibliyi müddətini müzakirə etmir: “Eyni zamanda COP29 öncəsi ölkədə görülən işlər də qiymətləndirilir. Bu baxımdan təbii ki, BMT-nin Azərbaycanın COP29 hazırlıqlarına diqqət göstərməsi və hazırlıqları yüksək dəyərləndirməsi ölkəmiz üçün vacib əhəmiyyətə malikdir. Gücümüz, peşəkarlığımız, bütün sahələrdəki uğurlar öz əksini tapır.
Hesab edirəm ki, Azərbaycanın COP29-la bağlı ortaya qoyduğu mövqe təqdir edilən olmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB