COP29 kollektiv fəaliyyətdir. Bizim bir atmosferimiz var. Bunun üçün birləşməliyik. Bunu etməsək, uğursuzluğa düçar ola bilərik. İnkişaf etmiş ölkələr də birgə çalışmalıdır. Lakin Paris sazişində yer alan bir neçə məqam buna imkan vermir. Məsələn, maliyyə, texnologiya və digər məsələlər. SİA xəbər verir ki, bunu 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil edilən “Yaşıl dünya naminə həmrəylik - COP29” adlı təqdimatda Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib.
Nazir müavini diqqətə çatdırıb ki, COP29 çərçivəsində maliyyələşdirilmə modeli kimi məsələlər müzakirə olunacaq. Elnur Soltanov deyib: “COP29 çox gözəl fürsət olacaq. Biz Azərbaycan olaraq şəffaf bir mühit yaradacağıq. Bu günə qədər bir çox mühüm işlər görülüb, 13 fəaliyyət icra olunub. Ümid edirik ki, noyabrda konkret nəticələrə nail olacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə