Erməni revanşistləri Brüssel görüşü haqqında KÖŞƏDAR

Əvvəlinci qeyd: qaşınmaları davam edərsə, zorən aşınmalı olacaqlar!

Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçılarının Brüsseldə keçirdikləri görüşlərinin ardınca Ermənistandakı revanşist qüvvələr yenidən İrəvan küçələrində hay-haray qaldıraraq məlum qaranlıq dairələrin hesabına sülh prosesini əngəlləməyə yönəlmiş sifarişləri həyata keçirməyə başlayıblar.

Artıq bununla bağlı bəyanatlar verilir, müharibə çağırışları edilir və s. Misal üçün, keçmiş hakimiyyət rəhbərlərinin (Koçaryan-Sarqsyan cütlüyü) və onların dəstəkçilərinin bir araya gəldikləri “Müqavimət” hərəkatı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın arasında baş tutmuş danışıqlardan sonra bəyan edib ki, sözügedən görüş bilavasitə Azərbaycanın şərtləri əsasında keçirilib. Onların iddiasına görə, Nikol Paşinyan hakimiyyətini saxlamaqdan ötrü istənilən “güzəştlərə” getməyə hazırdır və s...

Maraqlıdır ki, revanşistlər Nikol Paşinyanın hələ 2020-ci ilin 10 noyabrında kapitulyasiya sənədinə imza atmayacağı halda hansı çıxılmaz vəziyyətlərə doğru sürüklənərək ölkələrinin birdəfəlik məhv olması təhlükəsi ilə üz-üzə qalacağını hələ də anlamırlar, yaxud anlamaq istəmirlər. Yəni erməni baş naziri buna getməsəydi, hətta Ermənistanın xəritədə qalıb-qalmaması məsələsi gündəmə çıxa bilərdi. Görünür, bu reallığı anlamaq istəməyən revanşistlər ümid edirlər ki, onlar Paşinyanı devirməklə ölkələrini “ağ günə” çıxaracaqlar və s. Necə deyərlər, qaşınırlar, amma unudurlar ki, nə qədər çox qaşınsalar zorən aşınmaya məruz qalacaqlar, yaxud çox qaşınan yerdən qan çıxaracaqlar!

Xətirlərinə dəyir ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində milli azlıq kimi göstərilirlər

Erməni cameəsinin bu bədbəxt kəsim məxluqlarının digər iddialarına nəzər salaq: onlar bildirirlər ki, danışıqların nəticəsi olaraq “Daağlıq Qarabağın statusunu” müəyyən edəcək və “artsax xalqının” (?!) müqəddəratlarını təyin etmək hüquqları, ATƏT-in Minsk qrupunun “mandatı” barədə bir kəlmə də yoxdur və xətirlərinə dəyir ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində milli azlıq kimi göstərilirlər. Maraqlıdır, başqa cür olmalıymış ki? Bəlkə erməni işğalçılarının başını əzmiş qalib Azərbaycan ordusu daha sonra ermənilərin işğalçılıq siyasətlərinə uyğun addımlar atmalıymış? Yaxud, nəlkə Robert Koçaryan, Serj Sarqsyan və s. faşist köpəkləri "buyur-buyur"la yuxarı başa keçirilib otuzdurmalıymışlar bizim isə xəbərimiz yoxdur?

Əslində, öz sərsəm, axmaq çağırışları ilə bilavasitə erməni dövlətinin təhlükəsizliyini böyük sual altında qoymuş “boşa” (ermənicədən qaraçı-R.R.) adlandırılan həyasız tayfa təmsilçiləri iddia edirlər ki, sən demə Paşinyanın siyasəti Ermənistan və “artsax” dövlətçiliyinə təhlükə saçır. Üstəlik, “artsax” heç bir halda Azərbaycanın tərkibində olmalı deyilmiş və heç kimin “erməni toraqlarını” (???!!!) Azərbaycana “hədiyyə” etməyə ixtiyarı yoxdur. Çıxış yolu isə biriymiş – Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq və milli barışıq hökumətini qurmaq.

Şansdan istifadə etməsələr, daha Brüssel-mrüssel də olmayacaq

Nə deyəsən, belə görünür ki, erməni xalqının özü doğru nəticə çıxarmaqla öz gələcək müqəddəratını təyin etməlidir. Yəni istəsə doğru seçim edərək gələcəyini sülhə, inkişafa və tərəqqiyə bağlaya, istəsə də birdəfəlik silinməyə məhkum ola bilər. Bu gün Ermənistandakı revanşist qüvvələrin mövcudluğu əslində müharibə istəməyən normal düşüncəli insanlardan azdır, amma bu mövcudluğun özü artıq regiona ciddi təhlükədir. Təhlükə varsa, bu təhlükəni zamanında aradan qaldırmaq gərəkdir. Hələlik isə sonuncu Brüssel görüşündə əldə edilmiş razılaşmaların Ermənistanın mövcud iqtidarı tərəfindən həyata keçirilməsini gözləyək. Yeri gəlmişkən, bu da onlar üçün sonuncu şansdır və həmin şansdan istifadə etməsələr daha Brüssel-mrüssel də olmayacaq. Kreml də artıq öz problemləri ilə başını qatır. Onu da unutmayaq ki, Azərbaycan tək deyil və onun Türkiyə kimi sarsılmaz, qətiyyətli və hər zaman yanında olan qardaşı var!

Axırıncı qeyd: yaxşısı budur ki, qaşınmasınlar, yoxsa bayaq da qeyd edildiyi kimi, aşınmaya məruz qalacaqlar. Daha əvvəllər olduğu kimi, Azərbaycanın səbri heç də çox deyil...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə