Beləliklə, gəlin bir daha bizə “qardaş” deyib, düşmənimizin xeyrinə kürəyimizdən xəncər saplayan İranın siyasi dairələrinin riyakar əməllərinə nəzər yetirək. Əslində, çox insanlarımız ağı-qaradan kifayət qədər seçməyi bacarır, fəqət hazırda Azərbaycanda oturub panfarsizm teokratiyasının tiryəkli sərxoşluğuna dalmış və bu sərxoşluğu müqabilində Azərbaycan Respublikasının vətəndaşları olduqlarını unutmuş bir qrup kütləyə anladacaq bəzi, hətta bir çox məsələlər var. Azərbaycanda dini etiqad azaddır və hər kəs istədiyi şəkildə öz ibadət funksiyalarını rahatlıqla yerinə yetirə bilər və kimsə həmin insanlara “nəyə görə ibadət edirsən?” sualını verə bilməz. Bu, vətəndaşlarımızın konstitusion hüquqlarıdır.
Ancaq son günlərdə, xüsusilə İranın bəlli siyasi məsələlərdə müsəlman Azərbaycana (!) qarşı dil uzatmasından sonra biz artıq bir “irançılar” olaraq adlandırılan panfarsizm teokratiyasının nökərlərinin baş qaldırdıqlarını müşahidə etməkdəyik. Bu, həmin ünsürlərdirlər ki, İranın mollakratiya rejiminin tiryəkli xütbələrindən meyxoş olaraq, vəcdə gələrək sivil, demokratik və dünyəvi Azərbaycanımızı “islam respublikasına çevirəcəkləri” ilə bağlı sərsəm, axmaq və mümkün olmayan iddialarını səsləndirməyə başlayıblar. Onların isə nə Nardaran hadisələrindəki, nə də Gəncə olaylarındakı xain, terrorçu yığnaqlarından heç bir fərqləri yoxdur. Daha dəqiq desək, onlar məhz həmin yığnaqların tör-töküntüləridirlər ki, Azərbaycanın həssas günlərində sözün əsl mənasında, ölkə, millət adına ləkə gətirirlər. Artıq onlarınkı nə ibadət, nə də iman deyil, onların əməlləri bilavasitə müstəqil dövlətimizin dayaqlarını sarsıtmağa hesablanmış satqınlıqdır. Və əlbəttə ki, Allah bu kimi əməlləri lənətləyir. Amma kimə deyirsən ki...(?!)
Bu gün Tehranın teokratiya rejimini idarə edən əyalət mollalarının təsirləri altına düşmüş insanlara nə qədər anlatsaq da ki, sizinki islamçılıq deyil, islamçılığa düşmənçilikdir, anlamayacaqlar. Çünki başlarını dumanlandırmış molla tiryəki artıq onların yollarını çoxdan azdırıb.
Bəs onlar hansı mollakratiya rejiminin qurbanlarına çevriliblər və hansı haqla 44 günlük Vətən müharibəsində torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş oğullarımızın şəhid olmadıqlarını fars rejiminin baş mollalarının fətvaları ilə inkar etməyə başlayıblar? Demək belə çıxır ki, Azərbaycan 30 illik, sözün əsl mənasında, kafir işğalında qalmış dədə-baba torpaqlarını azad etməməliymiş? Yaxud, torpaqlarımızı işğal edərkən gorbagor edilən erməni qəsbkarları, daşnakları İranın əyalət mollaları tərəfindən “şəhid” statusuna mindirilərkən, bu ölkənin çörəyini yeyib, suyunu içən sözdə “islamçılar”, “hüseynçilər”, yaxud “bariz şiələr” əməldə isə radikal vəhhabidən də betər olan xainlər yığnağı ağaye Amulinin, ya da başqa islam düşmənlərinin “fətvaları” ilə razılaşmış olurlar?! Məgər ortaya belə nəticə çıxmırmı?!
Bəli, Azərbaycan müstəqil dövlətdir və milli, mənəvi, dini, mədəni dəyərlərini daim qoruyub-saxlayır, inkişaf etdirir, digər dünya ölkələrinə nümunə göstərir və ən əsası, hansı ölkələrlə dostluq edib-etməməsinə də kimlərinsə burun dürtmələrinə ehtiyac yoxdur. Xüsusilə, Tehran başbilənlərinin və onların Bakıdakı yığnaqlarının!
Və bu gün təkcə son bir-iki ildə İranın Azərbaycana qarşı törətdiyi xəyanətlərini incələyərsək, bir daha bu ünsürlərin hansı yuvanın quşları olduqlarını isbatlamış olarıq.
İran istər işğal dövrlərində, istərsə də son aylara qədər işğalçı Ermənistanı və separatçı rejimi yanacaqla təmin edib. Üstəlik, müharibə vaxtı Rusiyadan Ermənistana daşınan silah-sursat təyyarələrini öz hava məkanından buraxıb. Eləcə də quru yolunu açmaqla yük maşınlarının sürətli və rahat keçmələrinə şərait yaradıb.
İran tərəfi sərhədlərdə və Azərbaycanın müxtəlif bölgələrində vizual, eyni zamanda agentura, radioelektron kəşfiyyatını aparıb, əldə etdiyi informasiyaları erməni tərəfinə ötürüb. Özü də müharibə vaxtı və sonrakı bir il ərazində.
Xüsusilə, İran silahlı qüvvələri guya “su ehtiyatı anbarını qorumaq” bəhanəsi ilə Azərbaycanın ərazisinə keçib. Yekunda, bu həyasızlıq (!) nəticəsində Azərbaycan ordusunun əks-həmlə planının realizəsi gecikib və düşmən erməni ordusu buna qədər aldığı sarsıdıcı zərbələrdən sonra toparlanması üçün vaxt qazanıb, bu isə bizim üçün nə qədər can bahasına başa gəlib.
Bütün bunların ardınca, Tehranın “sionistlərə baza açırsınız” bəhanəsi ilə Bakıya diş qıcımaları, əzələ nümayişi sərgiləməsi, bütün bunları Ermənistana dəstək göstərmə fonunda baş verməsi...
Əlbəttə ki, qeyd edilənlər bir əyalət mollasının dediyi kimi, “İranın xidmətlərinin” hamısı deyil. Belə “xidmətlərin” hamısını bir yerə yığıb-qeydlərini aparsaq 1000 kitab bəs etməz. Belə olan halda bu gün İran teokratiyasının tiryək dozasından sərxoş olanlar hələ nə qədər vaxt varsa, ayılsınlar. Ayılsınlar və həqiqi islamın, müsəlmançılığın yoluna qayıdıb, Hz.Məhəmməd (s) peyğəmbərin “Vətəni sevmək imandandır kəlamını” dərk etsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Dolu düşəcək, çaylardan sel keçəcək
Hadisə 16:06Hicab savaşının pərdəarxası - RAKURS
Siyasət 15:55Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir
Siyasət 12:51FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb
Hadisə 12:47AQEM Zirvəsində Azərbaycanın siyasi mesajları - MƏQALƏ
Siyasət 09:42Hindistanda dini bayram qanla bitdi - 17 ölü var
Dünya 01:0318 Oktyabr Müstəqilliyin Bərpası Günüdür
Siyasət 00:03Regional güləş koordinatorları ilə görüş keçirilib
İdman 17 Oktyabr 23:19Hikmət Hacıyevdən tarixi film barədə PAYLAŞIM
Siyasət 17 Oktyabr 23:03Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur -FERHAT GÖÇER
Mədəniyyət 17 Oktyabr 23:02Fərhat Göçərin Heydər Əliyev Sarayında konserti keçirilib
Mədəniyyət 17 Oktyabr 23:00Bərdə Xəstəxanasında sanitar qadın pasiyenti 40 dəqiqə döyüb...
Səhiyyə 17 Oktyabr 22:3224 saatda 800 husi yaraqlısı öldürülüb - AÇIQLAMA
Dünya 17 Oktyabr 22:19"Qarabağ" - "Neftçi" matçında 3:3 hesablı BƏRABƏRLİK...
İdman 17 Oktyabr 22:02Schiaparelli və Balenciaga moda evlərində...
Dəb 17 Oktyabr 21:52Müasir vərdişlərə zidd olan beş sevgi qaydası...
Sosial 17 Oktyabr 21:27Arıqlamaq istəyənlər üçün üç içki...
Səhiyyə 17 Oktyabr 21:05İsrail internet reklamı vasitəsilə istifadəçiləri izləyirmiş..?
Dünya 17 Oktyabr 20:49BMT Baş Katibi seçkilərində lider təşkilatı silkələyəcəyinə söz verir...
Dünya 17 Oktyabr 20:27Döymələrdə nə təhlükəli ola bilər..?
Sosial 17 Oktyabr 20:06“Rosatom” Qazaxıstanda müqavilələrini itirir...
İqtisadiyyat 17 Oktyabr 19:51Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var
İdman 17 Oktyabr 19:38Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...
İqtisadiyyat 17 Oktyabr 19:28Rusiyada ikinci meymun çiçəyi epidemiyası aşkar edilib...
Səhiyyə 17 Oktyabr 19:06Tramp axmaq təhdidlərinə görə deyil, tarixə düşmək riski daşıyır...
Dünya 17 Oktyabr 18:51Zalujnı avropalılara müraciət etdi...
Dünya 17 Oktyabr 18:28Fransada etiraz aksiyaları davam edir
Dünya 17 Oktyabr 18:12Rusiyanı daxildən necə məhv etmək olar..?
Dünya 17 Oktyabr 18:05İran və Türkiyə arasında regional məsələlər müzakirə olunub
Dünya 17 Oktyabr 17:47“Sabah” “Qəbələ” ilə matçda hesabda öndə - Yenilənir
İdman 17 Oktyabr 17:42İran Hörmüz boğazı ilə təhlükəsiz şəkildə yükdaşımanın tərəfdarıdır
Dünya 17 Oktyabr 17:35Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib
Dünya 17 Oktyabr 17:31İki nəfərin öldüyü qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
Hadisə 17 Oktyabr 17:12Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir
Dünya 17 Oktyabr 17:02Türkiyədə siyasi və ideoloji böhran - TƏHLİL
Siyasət 17 Oktyabr 15:42Biləsuvarda avtomobil qəzasında ölənlərin şəxsiyyəti məlum olub
Hadisə 17 Oktyabr 15:26Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
İqtisadiyyat 17 Oktyabr 15:12Fiziki fəallıq orqanizmdə qocalma prosesini ləngidir - FOTO
Sosial 17 Oktyabr 14:30Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Hadisə 17 Oktyabr 14:22“Füzuli Böyük Qayıdışın, azadlığın və müasir inkişafın rəmzinə çevrilir” -DEPUTAT DANIŞDI
Siyasət 17 Oktyabr 13:50Bakıda keçirilən NATO təlimi başa çatıb
Siyasət 17 Oktyabr 13:35“Azərbaycan-Türkiyə qardaşlığına qarşı təxribatlar nəticəsiz qalacaq“ -DEPUTAT DANIŞDI
Siyasət 17 Oktyabr 13:27Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Sosial 17 Oktyabr 12:43Bu günədək Füzuli şəhərinə 3 153 nəfər - 827 ailə qayıdıb
Siyasət 17 Oktyabr 11:55Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb
Mədəniyyət 17 Oktyabr 11:53Dünya birjalarında neft bahalaşıb
İqtisadiyyat 17 Oktyabr 11:48Azərbaycanda avtobus istehsalı 53 %-dən çox artıb
Siyasət 17 Oktyabr 11:06Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb
İqtisadiyyat 17 Oktyabr 10:23Füzuli- Qələbədən quruculuğa
Siyasət 17 Oktyabr 09:58Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Sosial 17 Oktyabr 09:39Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İqtisadiyyat 17 Oktyabr 09:36Füzulinin işğaldan azad olunması: tarixi Zəfərdən Böyük Qayıdışa doğru -DEPUTAT DANIŞDI
Siyasət 17 Oktyabr 09:33“Qərbi Azərbaycanın yaddaş yerləri": soydaşlarımızın yaşadığı "Amasiya" necə erməniləşdirildi?
Siyasət 17 Oktyabr 09:16Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb, xəsarət alan var
Hadisə 17 Oktyabr 09:12Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Siyasət 17 Oktyabr 09:09Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Siyasət 17 Oktyabr 09:04Gələn ay ardıcıl 4 gün iş olmayacaq
Sosial 17 Oktyabr 05:04Samuxda ağır yol qəzası - "Jiquli" iki hissəyə bölünüb...
Hadisə 17 Oktyabr 04:03Tramp Ağ Evin yeni mətbuat katibini işdən QOVUB - şok səbəb...
Dünya 17 Oktyabr 03:22Bu gün Füzuli Şəhəri Günüdür
Siyasət 17 Oktyabr 03:05Ağırlıqqaldıranlarımız Avropa birinciliyində daha 3 medal qazanıb
İdman 17 Oktyabr 02:23Ermənilərin törətdiyi Gəncə terrorundan 6 il ötür
Siyasət 17 Oktyabr 02:02YAP İdarə Heyətinin iclası keçirilib
Siyasət 17 Oktyabr 01:29"Ən azı 70 milyard avro verin!" - Zelenskidən Avropa Birliyinə ŞƏRT
Dünya 17 Oktyabr 01:22ABŞ Konqresində Rusiya ilə dizel yanacağı müqaviləsi bloklanır? - SƏNƏD
Dünya 17 Oktyabr 01:03Şavkat Mirziyoyev SOCAR və BP rəhbərləri ilə görüşüb
İqtisadiyyat 17 Oktyabr 00:23Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
0,00%
-
GBP
2,2616
0,00%
-
RUB
2,0290
0,00%



