Daşnakların var olması üçün iki rükət dilək namazı da qılsınlar... KÖŞƏ YAZISI

Görünən budur ki, deyəsən, Nikolun pipiyi yenidən qızarmağa başlayıb. Onun Litvaya səfəri zamanı bu ölkədə yaşayan erməni icması ilə görüşündə İranın Azərbaycanla həmsərhəd ərazilərdə hərbi təlimlər keçirməsini xüsusi təntənə ilə şərh etməsi, eləcə də Tehrandakı bəzi rəsmilərin guya regionda sərhədlərin dəyişdirilməsinə “izn verməyəcəkləri” ətrafındakı bəyanatlarından vəcdə gəlməsini nümayiş etdirməsi, Azərbaycan torpaqlarını 30 il işğala məruz qoyduqları dövr ərzində regional iqtisadi layihələrdən kənarda qalmasına rəğmən, İranın Ermənistana nəfəs borusu yolunu oynaması, əsasən də, baş verən bu kimi prosesləri İranın Ermənistana qardaşlıq dəstəyi kimi qiymətləndirməsi aşkar riyakarlıqdan başqa bir şey deyildir.

Bu gün quyruğunun qapı arasında qalıb-sıxıldığını, hətta qopmaq üzrə olduğunu görən Nikol hər halda özü-öz siyasi ölümünü daha da sürətləndirməkdədir. Bir neçə gün əvvəl Azərbaycanla danışıqlara və pozitiv nəticələrə ümid etdiyini deyən erməni baş nazirinin İranın hərbi təlimlərə başlayan kimi küçə qadını tipli həyasızlığa əl atmasına isə həm mənəvi, həm də siyasi fahişəlik demək çox doğru olardı. Ümumiyyətlə, fakt budur ki, Nikol bu kimi davranışları ilə daim başqa ölkələrin çəkmələri altında öz varlığını qoruduğunu kifayət qədər sübuta yetirir. Halbuki tarix daşnakçılıq xislətinin dəfələrlə ermənilərə əl uzadanlara qarşı nə qədər ağır xəyanətlər törətdiyini də isbatlayıb.

Hətta bu gün Ermənistanda hakimiyyətdə olan və daşnak ideologiyasına mənsub olmadığını iddia edən siyasi isteblişmentin, yəni “Vətəndaş sazişi” partiyasının təməlində də daşnakçılıq ideologiyasının, prinsiplərinin varlığını müəyyən etmək heç də çətin deyil. Qısası, fərz etsək ki, əgər bu gün regiondakı siyasi üstünlük Ermənistan tərəfinə keçərsə (buna ümid etməsinlər), biz həmin daşnak xislətinin birdən-birə necə sürətlə baş qaldıracağını rahatlıqla seyr edə bilərik. Hər halda, elə də uzağa getməyərək, Paşinyan iqtidarının 44 günlük müharibədən əvvəlki davranışlarını yada salaq...

Ancaq gəlin görək, bu gün Ermənistanın ədalətsiz maraqlarına doğru istiqamət almış sərsəm bəyanatlarını səsləndirən bəzi İran rəsmiləri elə də uzaq olmayan, faktlara əsaslanan erməni daşnakçılığının bir gün onlara da necə ağır zərbə vura biləcəyinin fərqinə vara bilirlərmi?

Tarix göstərib ki, erməni-daşnak xisləti heç vaxt minnətdarlıq etməyi özünə rəva görməyib. Elə tarixə də müraciət edək və nəticələrə gələk:

* Osmanlı imperiyası erməniləri Bizans hücumlarından xilas edərək, onlara qucaq açdı və üstəlik, başqa heç bir millətə verilməyən ayrıca status müəyyən etdi. Bütün bunlara görə daşnakların Osmanlıya, sonradan isə Türkiyə cümhuriyyətinə qarşı necə “minnətdarlıq” göstərdiklərini kimsə unutmayıb!

* Azərbaycan öz tarixi torpaqlarına (İrəvana və s.) köçürülən ermənilərin yerləşdirilməsinə şərait yaratdı və onların yer-yurd olmaları üçün əlindən gələn yaxşılıqları etdi, çörək verdi, ev-eşik etdi. Bəs ermənilər bütün bunlara görə hansı “minnətdarlıqlarını” ərz etdilər? Bunu da şərh etməyə ehtiyac yoxdur, hər şey son 100-150 ildə ortadadır.

Təbii ki, Rusiya imperiyası da bu məsələdə qarşıdakı illərə hesablanmış qara xisləti planlarını ermənilərin əli ilə qurdu. Sonradan nə baş verdi?

Bəli, məhz Nikolun hakimiyyətə gəlişinin ardınca onun iqtidarı Rusiyanı ölkə ərazisindən qovmağa çalışdı, üstəlik, NATO bazalarının Ermənistanda yerləşdirilməsi planının olduğunu bəyan etdi. Putinə “S” komandası verən şüarlar səsləndirildi və s. Ruslar isə bu xəyanəti bağışlamadı, niyəsi və necəsi isə məlumdur...

* Hə, sonda daha bir xatırlatmanı da edək. 1989-ci ilin dekabrında baş vermiş Spitak zəlzələsindən sonra Azərbaycan Ermənistanın aqresiyasına baxmayaraq bu ölkəyə humanitar yardım təyyarəsi göndərdi. Ermənilər isə yanlış koordinat verməklə təyyarəmizin dağa çırpılaraq məhv olması kimi kirli, fahişəlik planlarını reallaşdırdılar.

Söz yox ki, bütün bunları isə elə-belə xatırlamıram. Sözlərimin əmması var! Əslində, bizə “müsəlman qardaş”, “dost ölkə” deyə müraciət edən, arxadan isə erməni ilə dodaq-dodağa öpüşən Tehran başbilənlərinə eyham vururam ki, baxın ha, sabah-birigün ermənilərin daşnakçılıq xisləti sizə də buynuz atarsa, sizlər isə bundan ağır zərərlər görərsinizsə bizə demədi-deməyin. Bu baxımdan, sadəcə, xatırlatma edirik: nankor və yaxşılıq qanmayan vəhşi düşüncəli məxluqatın vura biləcəyi ziyanlar isə çox ağır olur.

P.S. Bugünlərdə bir erməni “tarixçisinin” videosunu izlədim. O, İranla bağlı fikirlərini şərh edərkən dedi ki, əslində, iranlılar ermənilərin nə qədər “qədim xalq” olduqlarını dərk etməli, hətta ermənilərin bu torpaqların “əsl sahibləri” olduqlarını bilməli, məhz ermənilərin onların “sahibləri” olduqlarını anlamalıdırlar. Məncə, bu, hələ başlanğıcdır.

P.S.S.Hələlik isə Nikolun Litvada pipiyinin qızarması, İranın Ermənistana etdiyi “yaxşılıqları” barədə dilə-boğaza qoymadan bəh-bəhlə izhar etməsindən feyziyab olsunlar. Hələ vaxtları varsa, qanlı səlibçi-terrorçu daşnakların var olması üçün (nəuzubillah!) iki rükət də dilək namazı qılsınlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...