Ermənistanın “Rusiya bizi xilas edəcək” xəstəliyi KÖŞƏ YAZISI

Ermənistanın vassal dövlət olaraq Rusiyanın quberniyası kimi adlandırılması heç də təəccüblü hal deyil. İllərdir ki, bu barədə yazılır və deyilir. Əbəs deyil ki, bu ölkə sözdə “müstəqillik” qazandıqdan hazırkı dövrə qədər məhz Rusiyanın kölgəliyi altında qonşularına diş qıcıyıb, arxada isə quyruq bulayıb. Bu, danılmaz faktdır.

Lakin 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan qarşısında diz çökən Ermənistan bu stereotiplərinin də dağıldığını əməli şəkildə gördü.

Fəqət, bütün bunlara baxmayaraq, hələ də xəyallar burulğanından çıxa bilməyən “qonşu” ölkədə yenidən “Rusiya bizi xilas edəcək” tipli xəstəlik baş qaldırıb. Hətta paytaxt İrəvanda Putinin şəkilləri olan bilbordlar asılıb. Dərhal görünür ki, sözün əsı mənasında, aşkar “girənlik” təcəssümüdür!

Məsələ isə ondadır ki, Ermənistanda nəşr edilən “Hraparak” qəzeti bu dəfə Azərbaycanın Rusiyada keçiriləcək parlament seçkiləri gününü gözlədiyini, məhz həmin vaxt yeni planlarını icra edəcəyi iddiasını irəli sürüb. Həmin qəzetdən bir sitatı nəzərinizə çatdırırıq: “Sünikdəki (Zəngəzurd-R.) mənbələrimiz bildirirlər ki, sərhəddəki gərginlik kəskin şəkildə artıb. Azərbaycanın Silahlı Qüvvələri Qaragöl ətrafında toplaşır. Hərbçilərdə belə bir informasiya var ki, Rusiyanın başı sentyabrın 16-17-də parlament seçkilərinə qarışdığı vaxt türk-azərbaycanlı (?) silahlı qüvvələri yeni hərbi təxribata hazırlaşırlar...”

Erməni nəşri öz sərsəm iddialarını davam etdirir və axmaqcasına yazır ki, Azərbaycan-Türkiyə xəyallarının gerçəkləşdirilməsi üçün Qaragöl məntəqəsində irəliləmə planlaşdırılır və sən demə, Rusiya rəhbərliyi bu məsələdən xəbərdarıymış, üstəlik, həmin proqramın həyata keçməməsi üçün istənilən halda onun qarşısını alacaq (?!).

Hələ bu harasıdır? Erməni qəzeti sərsəmləməyə davam edərək onu da iddia edir ki, hazırda Rusiya sülhməramlıları kontingentinin yeni komandanı Kosobkov qısa müddətdə Ermənistana keçib və Gümrüdəki 102-ci hərbi bazanın rəhbərliyini üzərinə götürüb (???!!!). Bazanın çoxsaylı silah-sursatları isə Gümrüdən Zəngəzura danışıb.

İndi isə keçək daha gülünc iddiaya. “Hraparak” iddia edir ki, Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradov Dağıstandadır və oradan Rusiyanın məqsədlərini həyata keçirəcək, rus qoşunlarının böyük hissəsi Azərbaycanla sərhədə toplanıb və s.

Bəllidir, bu, aşkar erməni xislətinin, xəstəliyinin bədbəxt tərzidir. Bu, onun göstəricisidir ki, ermənilər yenidən ruslar qarşısında quyruq bulamaqla ağıllarına və ağızlarına gələn nağılları da deyil, hərf yığnaqlarını qarışıq şəkildə çölə püskürdürlər. Onlar hələ də elə sanırlar ki, Azərbaycan əlini-əlinin üstünə qoyub baş verənləri, sadəcə, seyr edir. Qoy ermənilər belə də düşünsünlər. Çünki çox qısa müddətdən sonra Azərbaycan ordusunun səsi İrəvanın həndəvərindən gələndə, bax, onda biz yekun sözümüzü deyəcəyik. Görəsən, “Hraparak” onda nə yazacaq? Və ya Azərbaycan əsgəri Qaragöldə, Qafan üstündə, Gorusda bayraq ucaldarkən, onların bu iddiaları harada idi? Bəs nooldu..?!

Bütün xəbərlər Facebook səhifəmizdə