“Status” müzakirə olnmur, dəqiqləşdirilmir, cəhənnəmə göndərilir! KÖŞƏ YAZISI

İrəvan Bakıdan danışıqların ATƏT-in Minsk qrupu çərçivəsində bərpa olunmasını israrla tələb edirsə, üstəlik “artsaxın statusunun müəyyən olunmasını” da iddia kimi ortaya çıxarırsa onda kəsə bir sual yaranır: hörmətsiz qonşular, əgər sizlər uzun illərdir: “artsaxın müstəqilliyi” müzakirə olunmur, “artsax xalqı öz müqəddəratını təyin edib” tipli srsəm düşüncələrinizlə “dövlət quruluşunun baş tutduğunu” bəyan edirsinizsə bu zaman Azərbaycan və onun qərarı nəyinizə lazımdır? Əgər bundan sonra normal insan şəraitində yaşaya biləcəksinizsə yaşayın görək necə yaşayacaqsınız!

Lakin başqa tərəfdən alt şüurlarınız diktə edir ki, nəyin bahasına olursa-olsun, o torpaqlar (hazırda rus sülhməramlılarının nəzarətləri altındakı ərazilər) Azərbaycanındır və yenidən Azərbaycanın “status” haqqında nə isə deməsini gözləyirsinizsə, əbəs yerədir.

Prezidentimiz isə bütün koordinatları ilə “statusunuzun” haraya yollandığını bəyan edib və Bakının bundan sonra hər hansı qərar dəyişkənliyinə getməsi də mümkün olası məsələ deyil.

Görünən isə budur ki, erməni tərəfi bu vasitələrlə dünya ictimaiyyətinə öz xarab və zəhlətökən iddialarını çatdırmağa çalışırlar ki, bəs “Bakını Qarabağın “statusu” məsələsində yola gətirin”. Amma düşmən hələ də qanmır ki, bu məsələ ilə bağlı sualın cavabı nə Xankəndidə, nə Moskvada, nə Parisdə, nə Vaşinqtonda, nə BMT-nin mənzil-qərargahında, nə ATƏT-də, nə NATO-da, nə KTMT-də, hətta FİFA-da, UEFA-da, və FİDE-də də deyil, bu sualın cavabı BAKIDADIR, AZƏRBAYCANDADIR!

Həmin Azərbaycanda ki, siz “artsaxlılar” 30 il boyunca hər kəsi aldadırdınız ki, onun tərkibindən ayırlaraq “müstəqil” olmusunuz. Yaxşı, bu iddianızda qalırsınıza, bəs onda bizdən nə istəyirsiniz? İddia edirsiniz ki, “müstəqillsiniz”? Yaxşı, hələ ki, öz sərsəm düşüncə və xəyallarınızla sürünməyə davam edin. Bəs onda danışıqlar nəyə gərəkdir? Öz iddialarınızın bizim tərəfimizdən təsdiq olunması üçünmü? Əgər sizlər öz doğruluğunuza inanırsınızsa, bu zaman danışıqlara da gərək qalmır, gərək olan Qarabağdakı quldur rejiminizi antiterror əməliyyatı ilə məhv etməkdir. Məhz qanuni, hüquqi statusumuzu – Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etmək məqsədi ilə. Bax, onda heç mandatları verilməyən və İvanlar da bu məsələdə kənarda qalacaqlar, çünki onlara da Bakı tərəfindən heç bir rəsmi status verilməyib.

İndi məsələ təqribən belədir – köhnə kişilər demişkən, ya nemes olun, ya da sovet!

Yəni dediyiniz “status” müzakirə olunmur və dəqiqləşdirilmir, birədəflik cəhənnəmə göndərilir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...