Əziz Vladimir Vladimiroviç yenə ikibaşlı açıq siyasətə qayıtdı. Yenə “yapdı yapacağını”. Bir onu dəqiq bilirəm ki, Qarabağla bağlı sancılı dönəm başlayıb, vəssalam. Bu “sancı” da Kremldə cərəyan edir. Açıq-aydın görünür ki, Vladimir Vladimiroviç Qarabağla bağlı gözlənilməz və riskli planını işə salıb. Siyasi tüfeyli Vladimir Jirinovskini üstümüzə “hürdürməklə” başlayan proses, erməni əsgərlərinin açıq şəkildə Qarabağda yenidən cəmləşməsi və növbəti müharibəyə hazırlaşmasına qədər açıq formaya keçib. Keçmiş leninqradlı ya bizə təzyiq etmək istəyir, ya da qəflətən “əl dəyişdirir”, fikri başqadır.

Belə çıxır ki, Moskva əvvəlcə öz üzərinə götürdüyü öhdəliyi artıq yerinə yetirməkdən vaz keçib, ya da... ya da işin içində və Moskvanı noyabrda bəyan etdiyi prinsiplərdən geri çəkən bir başqa “əmma” var. Görünən odur ki, noyabrda Azərbaycanın ədalətli mövqeyini açıq şəkildə Kremldən dünyaya car çəkən balacaboy Kreml sahibi, indi başqa yol seçib. Artıq ermənilər Xankəndidəki rus ordusunun çiyinləri arxasında gizlənərək, yeni hərbi toqquşma üçün məşq edirlər. Ayıq-sayıq beş-üç erməni əhalisi də tələm-tələsik unitazını belinə yükləyib üz tutub Ermənistana sarı.

Hətta onu da gözardı ediblər ki, İrəvan erməniləri Qarabağdan gələnləri qanlı düşmən kimi qarşılayıb küçələrə atacaqlar. Amma can hər şeydən şirindir və müharibə qoxusunu alan ermənilər ölməmək üçün Ermənistana getməkdən başqa çarə görmürlər. Elə bu faktın özü real müharibə təhlükəsinin qapıda olduğunu, gecənin bir aləmində qanlı toqquşmaların baş verə biləcəyini açıqca ortaya qoyur. Sanki kimlərsə ötən ilin noyabrından öz sevimli ermənilərinin bu hala düşməsi ilə hec cürə barışmaq istəmirlər və yeni əks hücum üçün qollarını çırmalayıblar. Əslində, onlar ermənilərin deyil, regiondakı maraqlarının darmadağın olmasına görə dişlərini qıcayıblar. Yoxsa erməni canı cəhənnəmə olsun, Anadolu türkləri demişkən, dünya güclərinin çox da “umrundamı?”.

Bu gün dünya gücləri üçün özlərinin ən xırda maraqları on minlərlə erməninin qanından önəmlidir. Sadəcə, həmin murdar erməni qanı onların maraqları üçün əvəzsiz bəhanədir, vəssalam. Kimlər Qarabağ məsələsinə görə özünü “cırıb dağıtmadı” ki? Makrondan, Merkeldən, canım sənə desin, fil belinə minən uzaq hindistanlısına qədər. Bəli, bu, gözlənilən idi. Çünki Azərbaycan Cənubi Qafqaz regionu üçün əsl açar funksiyasını daşıyır. Neft və qaz yataqları, dəniz sərhədləri, kəsişən ciddi strateji maraqlar, hər şey-hər şey...

Amma gözlənilməz olanı V.Putinin son addımlarıdır. Nədir, yoxsa Vladimir Vladimiroviç artıq işğalçı ermənilərin mənəvi ataları kimi önə çıxır və məhz özünün də dəstəklədiyi mövqedən geri çəkilir? Axı özü bu siyasəti ən prinsipial şəkildə müdafiə edib və 10 noyabr sazişinin də xeyir-duasını verib. Bəs onda indi nə baş verdi ki, Kremlin balacaboy rəhbəri məsələni “korrektə” etmək fikrinə düşdü? Yoxsa onun maraqlarının üstündən asılan hansısa “domokl qılıncı” var ortada?

Yox, balacaboy Leninqrad çekisti heç vaxt erməni qanına görə ah-uf edib, oyun qaydalarını pozmaz, bu, birmənalı belədir. Məsələ Azərbaycana dəstək verən dövlətlərin bölgəyə nüfuzu, xüsusilə, Türkiyənin Azərbaycan ictimai fikrinə həmişəkindən daha çox nüfuz etməsi, bunun əksinə olaraq, Rusiya əleyhinə etimadsızlığın hər gün pik həddə çatmasıdır. Bəs günahkar kimdir, - sadəcə MOSKVA, vəssalam. Çünki Moskva neçə on illiklərdir ki, əksər MDB cəmiyyətlərində özünə qarşı mənfi rəy yaratmaqla məşğuldur. İstər araq düşkünü olan Boris Yeltsin, istərsə də bir dekabr axşamı hakimiyyəti ondan təhvil alan balacaboy sovet çekisti V.Putin keçmiş sovet respublikalarına qarşı hökmranlıq iddiaları ilə, əslində, bölgədə Rusiyaya bir tük qədər də olsa inam qoymayıblar. Moskvanın daima öz keçmiş müttəfiqləri ilə bir danışıq “dili” olub: HƏDƏLƏMƏK, vəssalam.
Rusiya hər zaman Ermənistanı kəbinsiz qadını kimi bəsləməklə, Azərbaycanda özünə qarşı inamsız rəyi formalaşdırıb. Əgər bu gün Azərbaycan cəmiyyətində heç kim inanmırsa ki, Rusiya Qarabağda bitərəf statusta ola bilməz, bunun yeganə günahkarı Rusiyanın özüdür, vəssalam. V.Putin və komandası bu gün açıq şəkildə Ermənistanı dəstəkləyirsə, bu, o deməkdir ki, Moskva yenidən güc yolu seçib. Ola bilsin V.Putin məşhur Lenin planını işə salacaq. Moskva yenə də ənənəvi ampluasındadır. Allah axırını xeyir eləsin, vəssalam...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə