Eynulla Fətullayev "Azadlıq" qəzetini məhkəməyə verir. Bu barədə az sonra…
Əslində, "Azadlıq" qəzetinin məhkəməyə verilməsində elə də təəccüblü bir şey yoxdur. Çünki bu qəzetin səhifələrində demək olar ki, gündəlik şəkildə işıq üzü görən yalan və böhtanları son anda məhkəmə ilə sona çatır. Bir sözlə, bilavasitə AXCP sədri Əli Kərimlinin nəzarətində olan qəzet məhkəmələr "bumunda" batıb-gedir.
Lakin məsələnin ilginc tərəfi ondan ibarətdir ki, "Azadılq" hələ də öz köhnəlmiş, bezdirici və digər aşağı səviyyəli iddiaları ilə gündəmdə qalmağa çalışır. Məsələn, qəzet istənilən fiziki, yaxud da hüquqi şəxslər, eyni zamanda təşkilat və müəssisələr tərəfindən məhkəməyə verilərkən, dərhal öz günahlarını hakimiyyətin üzərinə atmağa cəhdlər edir.
Sən demə hakimiyyətin işi-gücü qurtarıb və qızıl kimi vaxtını "Azadlıq"ı məhkəmələrə verməyə sərf edir. Nə qədər absurd və nə nə qədər primitiv iddiadır, deyilmi cənablar? Demək, bu boyda məmləkət, bu boyda nəhəng siyasət yalnız və yalnız "Azadlıq"a görəymiş. Gülüncdür!
Nə isə, qayıdaq Eynulla Fətullayevin siyasətin sarı mətbuatına çevrilmiş "Azadlıq" qəzetini nəyə görə məhkəməyə verməsi məsələsinə.
Beləliklə, "Azadlıq" qəzeti bütün jurnalistika normalarını tapdalayaraq "haqqin.az" saytının direktoru Eynulla Fətullayevin adından yalan məlumat yayıb. Qəzet "haqqin.az" saytının daimi yazarı Rauf Kərimlinin məqaləsində istifadə olunan adi, heç bir qərəz olmayan "Məmmədovlar və Həsənovlar" ibarəsini guya E.Fətullayevin adından nüfuzlu dövlət xadimlərinə qarşı ittiham kimi qələmə verib.
E.Fətullayev isə öz növbəsində bildirib ki, "Azadlıq" qəzeti bütün yazılmış və yazılmamış jurnalistika normalarını pozaraq özlərini sadəcə olaraq düz aparmayıblar: "Onlar mənim adımdan yalan yazıblar. Öz təxəyyüllərini mənim adıma çıxıblar. Bu zaman qəzetin əməkdaşı heç mənə zəng edib bu informasiyanın nə dərəcədə doğru olduğunu soruşmağa da ehtiyac görməyib. Onlar bu məsuliyyətsiz mövqelərinə görə cavab verməli olacaqlar. "Azadlıq" qəzeti mənə məhkəməyə müraciət etməkdən başqa yol qoymadı".
İndi yerdə biz, göydə də Allah, burada "Azadlıq" qəzetinin birbaşa qəsdi-qərəzliyi, bötan və şantajçılığı göz qarşısında deyilmi? Məgər bir informasiyanı öz xoşu ilə dəyişdirərək, onu hər hansı şəxsə, yaxud şəxslərə qarşı istifadə etmək hansı etik normaya sığa bilər? Əlbəttə ki, heç birinə. Sadəcə bu qəzet Əli Kərimlinin inhisarı altında olduğuna görə bundan sonra da məhkəmələrdə sürünməyə məcbur qalacaq. Adını da qoyacaqlar ki, "hakimiyyət "Azadlıq"ı susdurmaq istəyir" və s.
Əgər nəzərə alsaq ki, Eynulla Fətullayev ümumiyyətlə, sərbəst, müstəqil jurnalistdir və onun heç bir hakimiyyət dairələrinə bağlılığı, aidiyyatı yoxdur, bu zaman "Azadlıq" qəzetinin sonrakı hay-küyü də heç nəyi dəyişməyəcək. Sağlam düşüncəli cəmiyyət yaxşı bilir ki, kim-kimdir və "Azadlıq"ın bu hoqqsı arxasında daha hansı qaranlıq məqamlar dayanıb. Ona görə də bu qəzeti istədiyi kimi idarə edən AXCP sədrinə bir sualımız var – bəlkə bunu da hakimiyyət elədi? Əgər "hə" desə, onda yüz faiz əmin olmalıyıq ki, bunların məqsədləri həqiqətən də normal insanlıq çərçivəsinə sığmayan əməllər törətməkdən başqa heç nə deyilmiş.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



