Qardaş ölkədə baş vermiş dəhşətli fəlakət davam edir. Saatlar ötdükcə ümidlər azalır, ümidlər azaldıqca yaralar dərinləşir. Amma Uca Rəbbimizin yaratdığı bu dünyamızı “OL!” deməklə ərsəyə gətirməsinə bənzər möcüzələr də bəşər övladını heyrətə gətirir. Fevralın 6-na keçən məşum gecədə yaşanan zəlzələdən bu günün özündə də sağ-salamat çıxanlar var və bu reallıq həm də insanın həyata nə qədər bağlı olduğunu göstərən ayrıca bir şücaətdir. Bir də ki, dünyanın dörd bir yanından Türkiyəyə axışan və müxtəlif millətlərə bölünən xilasedicilər artıq fəlakət yerində bir cameə olaraq formalaşıblar. Təkcə salamat qalmış insanları beton dağıntılarının altından çıxararkən necə uşaq kimi hönkürmələrinə baxmaq kifayət edər ki, orada yaşanan insanlıq dramından dəhşətli dərəcədə təsirlənəsən... Epizodlar çoxdur və günlər, saatlar, saniyələr geridə qaldıqca təəssüf ki, həmin epizodların da sayı azalmaqdadır.
Fəqət, bu gün dünyaya zəlzələ fəlakəti kimi təqdim olunan bu olayın haqqında daha hansı mülahizələr sürülmür? Daha hansı iddialar səslənmir və daha hansı proqnozlar irəli sürülmür ki..? Bəli, heç də yanılmadınız, söhbət həm də bu gün, hətta dünyanın ən aparıcı media qurumlarında haqqında bəhs edilən süni zəlzələ motivindən gedir. Ola bilərmi? Bəli, ola bilər, çünki hələ soyuq müharibə dönəmində bir-birinə qənim kəsilmiş iki hegemon ölkənin – SSRİ-nin və ABŞ-ın sınaqdan keçirdikləri tektonik silahları olub. Yəni fakt var ki, süni zəlzələnin törədilməsi iddiası da haradasa, necəsə və hansı əsaslana bilər. Və bunu da hələlik qoyuruq bir kənara. Sadəcə, Türkiyənin yer üzünün seysmik zonasında yerləşməsi faktı tektonik silahdan istifadə iddialarını sual altında qoyur. Amma digər tərəfdən, daha bir ehtimal növbəti sualları yaradır:
Türkiyə regionda və dünyada öz sözünü deyən bir dövlətə çevrilib, ona qarşı çıxanlara layiqli cavabını verib, əsla geri çəkilməyib, bütün mühüm sahələr üzrə inkişaf, tərəqqi yolunu tutub və son 20 ildə bu aliliyə yüksələn dövlətin başında dayanan yeganə şəxs Rəcəb Tayyib Ərdoğan olub. Özünün liderlik keyfiyyətləri və potensialı ilə yalnız ölkəsində deyil, dünyada ayrıca yerə sahib olan Ərdoğan reallığı isə əlbəttə ki, bir vaxtlar Türkiyəni istədikləri kimi istifadə edən Qərb dairələrinin, o cümlədən həmin dairələri əllərində saxlayan yeraltı dünya idarəçilərini ciddi şəkildə narahat edirdi. Ankaranı gah bu, gah da digər ölkələrlə üz-üzə qoymaqla təzyiqlər göstərən həmin dairələrin iti dişləri isə TÜRKİYƏ CÜMHURİYYƏTİNƏ batmırdı və bata da bilməzdi. Mavi Marmaradan başlayaraq Aralıq dənizi böhranına, eyni zamanda digər siyasi burulğanlara doğru sıxışdırılmağa cəhd edilən Ərdoğan iqtidarı bütün çətinliklərə rəğmən sinə gərdi və nəticədə Ərdoğan Türkiyəsi özünün ən mükəmməl pikinə qədər yüksəlməyi bacardı. Artıq bütün dünyada Rəcəb Tayyib Ərdoğan deyilərkən təsəvvürlərdə Böyük Lider faktoru canlanır və bu canlanmadan qorxan, hürkən, quyruqları qısılanlar da kifayət qədər idi. Rəcəb Tayyib Ərdoğan...
Nədənsə məni düşündürən, beynimin dərinliklərinə daha bir məsələ elə sayın Ərdoğanın ismi ilə bağlayır. Axı zəlzələ fəlakətinin baş verdiyi ay da İslam təqviminə görə Rəcəb ayına təsadüf edir (???!!!-R.R.) Heç özümün düşüncəmi qoyuram bir kənara, sizcə, bu qədər bənzərlik, bu qədər təsadüf ola bilərdimi..?! Özü də Ərdoğanın İslama, onun dəyərlərinə, ümumiyyətlə, Məhəmməd ümmətinə, sünnəsinə nə qədər bağlı biri olduğunu da bu məqamda unutmamalıyıq. Bu, həmin Rəcəb Tayyib Ərdoğandır ki, İslama məxsus özəl günlərdə Qurani Kərimi əzbərdən oxuyur. O, Rəbbin insanlara göndərdiyi sözləri oxuduqca narahat olan dairələr də necə deyərlər, cırnayırdılar. Çünki o avazdan yeni və böyük Turanın da səsi gəlir. Ona görə də elə özlərinin yaratdıqları terror şəbəkələrinin vasitəsi ilə meşə yanğınlarının törədilməsinin ardınca istəklərinə nail ola bilməyənlərin bu dəfə Rəcəb ayında kirli planlarını icra etmələri ehtimalı, əslində, düşündürməyə başlayıb. İlk ağıla gələn də, ilk düşündürən də gəlir-çıxır tektonik silah məsələsinə.
Amma ən yaxşısını da əlbəttə ki, Allah bilir. Və dünyamızı tənzimləyən Rəbbimiz gec, ya da tez hər şeyi açığa çıxaracaq.
Sonda isə Rəcəb Tayyib Ərdoğanın fəlakətdən sonra zərərdidələri ziyarət etdiyi zaman indi zamanı deyil, gün gələcək kitab açılacaq sətiraltısı da, əslində, çox şeylərdən xəbər verir. “Rəcəbdə” Türkiyəyə atılan daşın haradan gəldiyi də müəyyənləşəcək. Ən əsası isə, Türkiyə ayaqdadır, türk xalqı ayaqdadır və onun yanında Azərbaycan kimi qardaşı, sirdaşı dayanıb!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB