Terror ağrı, acı, ölüm, dağıntı bir sözlə fəlakət deməkdir. Müasir dövrdə terrorun hər cür növünə qarşı dövlətlər və beynəlxalq təşkilatlar mübarizə aparsalarda hələ də insanlıq əleyhinə olan cinayətin qarşısını almaq mümükün deyil. Hələ də terrordan əziyyət çəkən dövlətlər və xalqlar var. Hər gün dünyanın müxtəlif bölgələrində hansısa terror təşkilatının şəhər və qəsəbələrdə, məsçidlərdə törətdikləri terror aktından onlarla insanın həyatını itirməsi barədə məlumatlar oxuyur və ya televiziyalardan seyr edirik. Əl-Əzhər Universitetinin “İslami Araşdırmalar” məcmuəsi terrorla bağlı qeydlərində vurğulanır ki, “terror dinc insanları qorxutmaq, onların yaşayışını məhv etmək, mallarına, namuslarına, azadlıqlarına təcavüz etmək və yer üzərində fitnə-fəsad törətməkdir. Terrorun baş verdiyi ölkənin haqqıdır ki, terroru törədən caniləri həbs edərək mühakimə etsin və beləliklə ədalət öz yerini tapmış olsun”.

Nəyə görə, terrorçular zərərsizləşdirilir, ancaq terror davam edir, hətta demək olar ki, bir qədərdə təkmil və amansız xarekter daşımaqla? Digər tərəfdən terror nədən yaranır? Birmənalı şəkildə demək olar ki, elə rejimlər var ki, terroru dövlət siyasətinə çeviriblər. Özlərini qorumağın, dünyada xalqlararasında qorxu rühu yaratmaq üçün terrordan geninə-boluna istifadə edirlər. Misal olaraq Ermənistanı və Molla rejimini göstərmək olar. Düzdür terror ilk olaraq Fransa inqilabından (1789-1794) sonra meydana çıxmağa başladı. İnqilabçılar kralın ətrafında olanları sırdan çıxarmaq üçün pusqular qurur və həmin şəxsi terror aktları törətməklə sıradan çıxarırlar. Həmçinin Fransa inqilabçıları insanların toplaşıqları yerlərdə partlayşlar törədir və bununlada ölkədə vahimə yaratmağa çalışırlar. Bir sözlə, fransızların səpdikləri terror töxumu sonrakı mərhələdə inkişaf edərək dünyaya yayıldı. Bu gün zəiflər onları əzməyə, hər zaman təsirləri altında saxlamağa çalışan güclülərə qarşı terror vasitələri ilə cavab verməyə çalışırlar. ABŞ-da baş verən 11 sentyabr 2001-ci il hadisəsindən sonra məlum oldu ki, hətta super güclər belə terrorun qarşısını almaqda acizdir. Əgər terrorçu və terror təşkilatı qarşısına məqsəd qoyubsa, terrorun törədilməsi qaçılmazdır. Dəfələrlə Ermənistan və molla rejimi birgə hərəkət etməklə Azərbaycan dövlətinə və xalqına qarşı terror aktları, soyqırımılar həyata keçiriblər. Elə uzağa getməyək, yanvarın 27-i səhər saatlarında qədim Azərbaycan şəhəri Tehranda yerləşən səfirliyimizə olan xain hücum və bu hücum nəticəsində bir nəfərin şəhid edilməsi və iki nəfər səfirlik əməkdaşının yaralanması molla rejiminin əsas silahının terror olduğunu təsdiqlədi.

Məlum oldu ki, molla rejiminin işkəncə maşını SEPAH terror aktını əvvəlcədən planlaşdırıb və həyata keçirib. İyrənclik həm də ondan ibarətdir ki, molla rejiminin təbliğat yuvası olan “Səhər”TV-nin mikrafonları önündə terrorçu cəh-cəh vurub, təqdim olunan tezisləri ifadə etdi. Dünyanın heç bir yerində belə biabırçılıq və həyasızlıq yoxdur. Bu birbaşa öz məhsullarını təbliğ və təqdim etməkdir. Bizlər də bir el məsələsi var, deyilir ki, “əlisi dəli, vəlisi dəli, qırılmışın hamsı dəli”. Molla rejiminin içərisində normal birisi yoxdur ki, oturub, onunla söhbət edəsən və başa salasanki, ey, əclafü- mərəndə əl çəkin terrorçu xislətinizdən. Sonra da deyəsən ki, ey filan-filan olmuş şudəyi - zəbər rədd olun gedin həmfikiriniz və terrorçu qardaşlarınız olan erməni dığalarının yanına ki, cəmü millət rahat nəfəs alsın. Görünən isə ondan ibarətdir ki, molla rejimi arasında ağllı məxluqat yoxdur. Yəni qırılmışın hamsı dəlidir. Bu isə onu deməyə əsas verir ki, bu dəli yığnağı düzələn deyil və yeni-yeni terror aktlarının davam etdirilməsi qaçılmazdır.

Nəzərə almaq lazımdır ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə də hücumu molla rejiminin Xüsusi Xidmət orqanları təşkil etmişdir. Azərbaycana qarşı düşmənçilik siyasəti aparan molla qafalar digər səfirliklərimizə də hücümlar təşkil edə bilər. Bu baxımdan ayıq-sayıq olmalı və ehtiyatlı davranmalıyıq. Son olaraq da onu vurğulamaq lazımdır ki, molla rejiminin islama heç bir aidiyyatı yoxdur. Onların ibadət etdiyi dinin islama heç bir dəxli yoxdur. İslam dini sülh və əminəmnlıq dinidir. İslam dini müsəlmanları bir-birinə qardaş olmağa çağıran dindir.

Nəhayət İslm dini vəhşiliyin, qəddarlığın, terrorun, bir sözlə insanlığa və bəşəriyyətə qarşı yönəlik cinayətlərin əleyhinədir. Uca Allah müqəddəs kitabımız olan Qurani-Kərimdə buyurmuşdur: “Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!”.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə