Türkiyə Müdafiə Nazirliyinin "Sülh çeşməsi" əməliyyatı ilə bağlı yaydığı açıqlamada əməliyyatın keçirildiyi bölgədə heç bir etnik və dini qrupun hədəf alınmadığı bildirilib: "Sülh çeşməsi əməliyyatının keçirildiyi bölgədə təcavüz və hücumlarını davam etdirən PKK/YPG terrorçularına özünümüdafiə hüququ çərçivəsində lazımi cavab verilir. Kürdlər, ərəblər, xristianlar və yezidilər də daxil olmaqla heç bir etnik və dini qrup hədəf alınmayıb və alınmayacaq". SİA-nın verdiyi xəbərə görə, Prezident Rəcəb Tayyib Ərdoğan dünən ABŞ-a etdiyi səfər zamanı "Dəyirmi Ofisdə" (Oval Ofis) Amerikalı səlahiyyətlilərə müraciətində bildirib.
Qeyd edib ki, "Hörmətli Obama dövründə Kobanidən ölkəmə sığınan kürdlərin sayı 350-360 min olub. Onları heç kim qəbul etmirdi, ancaq biz qəbul etdik. Geyim, ərzaq, sağlamlıq və təshillə bağlı bütün ehtiyacları bizə aiddir. Heç kimin onlara iqtisadi dəstəyi yoxdur. Ancaq sizin ‘kürd’ deyə bəhs etdiyiniz yəqin PYD/YPG-dir. Bunlar terror təşkilatlarıdır və PKK-nın törəmələridir. Mən sizə xüsusilə bəzi sənədləri vermək istəyirəm. Fərhad Abdi Şahin separatçı terror təşkilatının Apo adlanan terrorçubaşının əslində mənəvi övladıdır. Əlbəttə bunları xüsusilə bilmək lazımdır. Hazırda 4 milyon qaçqının 3 milyon 650 mini ərəb, xaldey, xristian, 350 mini isə kürddür. Ümumilikdə dörd milyon. Biz bu günə qədər 40 milyard dollar xərcləmişik. Avropadan isə bizə bu müddət ərzində təəssüf ki, cəmi 3 milyard avro gəlib. O da bizim dövlət büdcəmizə deyil, QHT-lər vasitəsilə Türk Qızılayı və AFAD-a edilən yardımdır".
Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə