İngiltərə Premyer Liqasında 33-cü turun daha bir oyunu keçirilib. SİA-nın məlumatına görə, “Çelsi” doğma meydanda “Vest Hem Yunayted”i qəbul edib. Görüşdə sevinən tərəf meydan sahibləri olub. Onlar qonaqların qapısından 2 cavabsız top keçiriblər. Qolların hər ikisinin müəllifi belçikalı legioner Eden Hazard olub. Bu qələbə ilə xallarının sayını 66-ya çatdıran “Çelsi” 3-cü pilləyə yüksəlib. “Vest Hem Yunayted” isə 42 xalla 11-ci yerdədir.
Qeyd edək ki, turnir cədvəlinə 33 oyundan 82 xal toplamış “Liverpul” başçılıq edir. Liderdən bir oyun az keçirmiş “Mançester Siti” isə 80 xalla ikinci yerdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB