Avrokubokların I təsnifat mərhələsində dünən keçirilən cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb. SİA-nın məlumatına görə, üç təmsilçisi meydana çıxan Azərbaycanın mövqeyi dəyişib. “Qəbələ”, “Neftçi” və “Keşlə” mübarizəni dayandırsa da, Avropa Liqasındakı son gün klublarımız üçün xal baxımından faydalı olub. “Qəbələ”nin Lüksemburq “Proqres”inə 1:0, “Keşlə”nin Malta “Baltsan”ına 2:1 hesabı ilə qalib gəlməsi Azərbaycanın hesabına 0.500 xal gətirib.
Ölkəmiz 17.500 xalla 1 pillə irəliləyərək 22-ci pilləyə yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə